Bilindiyi kimi zəkat, həmçinin xüms İslamın əsasını təşkil edən sütunlardan (rüknlərdən) hesab olunur. Zəkat namazdan sonra ikinci önəmli ibadətdir, füruüddinin ikinci bəndidir. Onun vacib olması dinin zərurətlərindəndir. Allah Quran-kərimin bir çox ayələrində (27 ayədə) onu namazla birlikdə zikr etmiş və zəkat verməyən ümmətləri şiddətli cəzaya mübtəla etmişdir. Hədisi-şərifdə bildirilmişdir ki, zəkat verməyən şəxsin namazı qəbul olunmaz və onun bir qiratını verməyən şəxs istəyərsə yəhudi, istəyərsə xristian ölər. Oxumağa davam et