QADIN VƏ AİLƏ ZORAKILIĞI

ƏLLAMƏ SEYİD ƏLİ FƏZLULLAHLA

 “QADIN VƏ AİLƏ ZORAKILIĞI” MÖVZUSUNDA DİALOQ  

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

PROBLEMLƏRİN AİLƏ DAXİLİNDƏ HƏLL EDİLMƏSİ ZƏRURİDİR

zorakılıq2Ailə zorakılığı məfhumu son vaxtlar ortaya atılmış bir mövzudur və bu mövzu ətrafında mübahisələr günü-gündən artmaqdadır. Ələlxüsus da medianın kişi ağalığı adlandırdığı bu mövzu ilə bağlı hay-küy getdikcə çoxalır. Hətta bu anlayış qanun və şəriət baxımından bir çox informasiya vasitələrinə də təsir etməkdədir. Biz də öz növbəmizdə bu məsələni işıqlandırmağı münasib gördük və Əllamə Seyid Əli Fəzlullaha bu barədə bir çox suallarla müraciət etdik.

AİLƏ MƏHKƏMƏSİ

Sual: Cənab Seyid, bəziləri belə hesab edir ki, evlilik üçün əsas olan sevgi və mərhəmətdir, qanun və məhkəmələrin ailədaxili işlərə müdaxiləsi bu əsası pozur. Bu mövzu barədə fikriniz nədir?

Cavab: Evlilik həyatı iki qayda üzərində qurulmuşdur: sevgi və mərhəmət. Bu iki qaydaya əməl edilməlidir ki, ailə həyatı davamlı olsun. Təbii ki, buna qədər seçim ixtiyarı olmalıdır, yəni iki şəxs bir-birini seçməlidir. Lakin, təəssüf ki, çox vaxt evlilik biri digərini tanımadan, öyrənmədən hisslər üzərində qurulur. Sonra bu cütlər evlilik reallığına qədəm qoyduqda vəziyyət dəyişir, bir sıra problemlər ortaya çıxır.

Bizim istədiyimiz odur ki, problemlər ailə daxilində həll edilsin. Əgər birindən kömək istəniləcəksə, problemlərin içərisinə daxil edəcəyimiz şəxsi gözəl tanımalıyıq.

Bu çərçivədə İslamın öz fikirləri var. Belə ki, İslam ailə məhkəməsini təklif edir. Quran-kərim buyurur ki, bir həkəm (münsif) ər tərəfdən, bir həkəm də arvad tərəfdən olsun: “Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər həkəm (münsif, vasitəçi) təyin edib göndərin. …”[1] Bu iki həkəm ər-arvad arasında sorğu aparar və ən yaxşı həll yolu tapmağa səy göstərər. Hamı bu həkəmin təyin olunmasına razılıq veribsə, onların gəldiyi rəylə də razılaşmalıdırlar. İslamın təklif etdiyi bu ailə məhkəməsi ailə həyatının möhkəmliyini proqramlaşdırır. Bu, qanunların tətbiqinə mane olmur, lakin bütün nəticələri öyrənən bu məhkəmə yolu ilə olmalıdır…

Ailədən kənar məhkəməyə müraciət etmək bir çox mənfi nəticələrə gətirib çıxarır. Belə ki, bu şəxslər ailənin daxilindən tam xəbərdar olmadıqları üçün yalnız qanunlar əsasında hərəkət edirlər və məsələni dərindən öyrənmək gücünə malik deyildirlər. Buna görə də hesab edirik ki, ailə ixtilaflarının qanundan kənar həlli mexanizmi barədə də düşünməliyik. Nəticədə biz işlərin həllinə varmaq istəyirik, ailəni dağıdacaq qanun maddələrini tətbiq etmək məqsədi güdmürük.

Belə təsəvvür edək ki, qadın ərinə qarşı iddia qaldırdı və məhkəməyə müraciət etdi. Məhkəmə ona bir il, yaxud bir qədər aşağı və ya bir qədər yuxarı həbs hökmü verdi. Bəs ər evə qayıtdıqdan sonra vəziyyət necə olacaq? Bu iş onun ruhunda bir təsir qoyacaqdır. Eyni hal ər tərəfdən də irəli sürülərsə, yenə nəticə mənfi olacaqdır.

Bu məsələ barədə hərtərəfli düşünülməlidir. Buna görə də hesab edirik ki, İslamın irəli sürdüyü ailə məhkəməsi ailə həyatının möhkəmliyini proqramlaşdırır. Bu isə qanunların tətbiqinə mane olmur, lakin bu, bütün nəticələri öyrənən və xaricdən deyil, ailə reallığından qaynaqlanan məhkəmə yolu ilə olmalıdır.

AİLƏNİN QORUNMASI ƏSAS MƏQSƏDDİR

Sual: Ailə zorakılığı qanununun tətbiq edilməsi tələbi istiqamətində səslər həmişə ucalmaqdadır. Sanki dini hakimiyyətlə mədəni hüquq arasında mübarizə gedir. Reallıqda bunun doğruluğu nədir?

Cavab: İki hakimiyyət arasında mübarizə qeyri-realdır, çünki dini hakimiyyət sonda ümumi şəkildə zorakılıq prinsipini qəbul etmir. İstər prinsip kimi, istərsə də ailə həyatında zorakılıq olmaz. Dini tərəfdən yanaşsaq, bunlar hamısı ailənin qorunmasından danışır. Din istəmir ki, qanun ailə həyatında vahid hakim olsun, əksinə hesab edir ki, qanunla yanaşı ailənin necə qorunacağı da araşdırılmalıdır. Qeyd etdiyimiz kimi qanunların tətbiqi arzuolunan nəticəyə gətirib çıxarmaya da bilər və bu qanunlar heç də həmişə ər zorakılığını aradan qaldırmır. Biz daima ailənin məsləhətini düşünməliyik. Təbii ki, qadın ərinin zorakılığından qorunmalıdır, lakin biz eyni zamanda ailənin qorunması şərti ilə onu (qadını) zorakılıqdan himayə edəcək vasitələrə tabe olmalıyıq. Biz istəyirik ki, burada arvadın, yaxud ərin himayə olunması ilə ailənin qorunması arasında bir qarışdırma olsun. Burada – bu çərçivə daxilində dəqiq bir tarazlığın olması vacibdir. Bəzi hallarda qadından, bəzi hallarda isə kişidən ailə həyatını qorumaq üçün səbir etməyi istəyirik, ələlxüsus ailədə övladlar vardırsa.

“ƏR ZORAKILIĞI” ORTAYA ATILMIŞ BİR APORİYADIR

Sual: Ailə zorakılığı ünsürlərindən biri mətbuatın “ər zorakılığı” adlandırdığı məfhumdur. Şəriətin buna münasibəti necədir? Və belə halları aradan qaldırmağa necə təsir göstərir?

Cavab: Ər zorakılığının prinsipial səbəbləri öyrənilməlidir, çünki qadının gücü çatmadıqda evlilik əlaqəsinə (cinsi yaxınlığa) məcbur edilməsi mümkün deyil. Allah-Taala buyurur: “Allah dində üzərinizə heç bir çətinlik qoymadı. …”[2] Arvad fiziki və psixoloji baxımdan felən gücsüzdürsə, cinsi əlaqəni qəbul etməyə bilər. Bu bəraət qazandırılası bir işdir. Lakin qadın həmişə nəticələri düşünməlidir. O mənada ki, mütəmadi olaraq cinsi əlaqədən qaçarsa, bunun nəticəsi nə olacaqdır?

Evlilik həyatında qarşılıqlı anlaşma ər-arvad arasında qarşılıqlı bir işdir. Bu ailə həyatının möhkəmləndirilməsini planlaşdırır, kişi və qadını bərabər olaraq möhkəmləndirir. Məsələni bu zaviyədən baxaraq öyrənmək lazımdır, bəzilərinin qeyd etdiyi kimi zorakılıq zaviyəsindən baxaraq yox. Şəri baxımdan ər cinsi əlaqəyə riayət etməyə məcbur olduğu kimi arvad da buna məcburdur. Lakin ər arvadın fiziki və psixoloji vəziyyətinə və sağlamlığına diqqət etməlidir. Əgər bir maneə yoxdursa, qadın cinsi əlaqədən qaçmamalıdır. Lakin psixoloji və fiziki baxımdan buna qadir deyildirsə, imtina edə bilər.

Sual: Biz deyə bilərikmi, “ər zorakılığı”nın şəri reallığı və həqiqəti yoxdur? Çünki səhih əqd daxilində qadın onun zövcəsi, kişi isə onun əridir.

Cavab: Ər zorakılığından danışan şəxslər bu işin nə üçün yarandığı məsələsini öyrənməlidirlər. Biz bu barədə mütləq şəkildə danışa bilmirik. Əgər arvad felən gücsüz və zəifdirsə, fiziki, yaxud psixoloji problem yaşayırsa, yaxud əri ilə arasında hər hansı bir anlaşılmazlıq vardırsa, onda “ər zorakılığı” haqqında danışanların sözündə həqiqət vardır. Bu vaxt mövzu ər tərəfindən öyrənilməlidir. Ərin bu məsələdə arvada zor tətbiq etməyə haqqı yoxdur. Lakin qadın da ərinin belə bir nəticəyə əl atmasına səbəb olmamalı, ailə həyatı daxilində qarşılıqlı anlaşmaya riayət etməli və hər vasitə ilə ərini qorumalıdır.

QADININ VURULMASINA İSLAMIN MÜNASİBƏTİ

Sual: Qadının vurulmasına İslamın münasibəti necədir? Onun hüdudları və gizli tərəfləri nədir? İslah etməkdə və tələb olunan şəri müalicələr yaratmaqda din alimlərinin rolu nədir?

Cavab: İslam çox müstəsna bir halı çıxmaqla qadının vurulmasına, yəni fiziki cəza verilməsinə icazə vermir. Bu hal da ondan ibarətdir ki, heç bir şəri, psixoloji və tibbi bəraət olmadan qadının əri ilə cinsi münasibətdən imtina etməsidir. Bu vəziyyətdə ər arvada öncə nəsihət verməlidir. Əgər bu da fayda verməzsə, yataq daxilində ondan ayrılmalıdır, yəni onunla əlaqəni qırmalıdır. Bütün bunlar işə yaramazsa və evlilik həyatının yaxşılaşdırılmasına kömək etməzsə, kişinin qadını qeyri-amansız, yəni yaralamayacaq, sınığa səbəb olmayacaq şəkildə vurmasına icazə verilir. Bu cür metodlar problemin həll olunmasına yardımçı olacağı təqdirdə icazəlidir, əgər problemin həll olunmasına yardımçı olmasa, bu metoddan istifadə etmək icazəli deyil. Arzu edərdik ki, real həyatda qarşılaşdığımız bir çox ailəvi problemləri felən həll etmək üçün cinsi əlaqə sahəsində ixtisaslaşmış mütəxəssislərə və psixoloqlara müraciət edilsin.

Əsas məsələ odur ki, cəzalandırmaq və vurmaq heç də icazəli deyildir. Vurmaq məsələni kökündən həll etmir, əksinə onu daha da ağırlaşdırır. Bəli, əgər problemin həllinə səbəb olacaqsa və bu məsələ imkan dairəsində ər evi daxilində qalacaqsa, bu (yəni vurmaq) icazəlidir. Bu da təsir etməsə, ərin müraciət edə biləcəyi digər üsullar da vardır. Məsələn, onun gündəlik xərcini verməz, bəzən isə iş boşanmaya gətirib çıxarar.

İslam ailələrin dağılmamasına çox səy göstərir. Yaxşı olar ki, cəmiyyətimizdə başqa sahələrdə olduğu kimi ailə problemlərinin həlli üzrə də məsləhətçilər olsun. Necə ki, lazım olan müalicə və dərmanın təyin edilməsi üçün sağlamlıq üzrə həkimlər vardır. Habelə biz həmişə vurğulayırıq ki, burada ailə həyatını planlaşdıran və tərəfləri maarifləndirən qurumlar olsun, ta ər-arvad problemlərin həll olunma keyfiyyətini tanıya bilsinlər.

Sual: Sizin sözünüzə qüvvət, qəzetlərin birində bir araşdırmaçı qadının məqaləsini oxuduq. O, öz yazısında dini rəhbərlərdən tələb edirdi ki, ər-arvad arasındakı ixtilaflar barəsində hökm verməmişdən əvvəl, məsələn, psixoloqlar kimi mütəxəssislərə müraciət etsinlər və onların nəsihətlərini qəbul etsinlər. İnsanlar bu problemlər barəsində öz rəylərini bildirsinlər deyə psixoloqlara müəyyən bir vaxt möhlət verməli və sonra dini rəhbərlərə müraciət etməlidirlər ki, daha fəzilətli və daha dəqiq bir nəticəyə gələ bilsinlər.

Cavab: Biz bunu dəstəkləyirik və istəyirik ki, real həyatda üzləşdiyimiz bir çox ailə problemlərini həll etmək üçün evlilik həyatı sahəsində püxtələşmiş mütəxəssislərə və psixoloqlara müraciət edilsin…

DİNİ RƏHBƏR FƏZLULLAH VƏ QADIN HAQLARI

Sual: Möhtərəm Seyid Fəzlullah bütün məqamlarda qadını və onun hüquqlarını müdafiə etmişdir. Bu sahədə onun fərqləndiyi ən tanınmış məqam və fitvalar hansılardır?

Cavab: Möhtərəm Seyid Fəzlullahın həmişə əsaslandığı və söylədiyi o olmuşdur ki, evlilik həyatında müvazinət və bərabərlik olmalıdır. Kişinin qadın üzərində haqları olduğu kimi qadının da kişi üzərində haqları vardır. Kişi arvadına qarşı boynuna düşən haqqa riayət etmədikdə, arvadın boşanmaq üçün şəri hakimə (qazıya) müraciət etmə haqqı vardır. Möhtərəm Seyidin qadınla bağlı böyük əks-səda yaratmış bir fitvası da vardır. Bu fitvaya əsasən, zorakılıq edən ərə qarşı qadın özünü müdafiə etmə haqqına sahibdir. Prinsip olaraq Seyid vurğulayır ki, evlilik həyatında qadın özünü müdafiə etmə hüququna malikdir. Möhtərəm Seyid bununla onu qadın müstəvisindən şəri hökmlər müstəvisinə qaldırmış və qadına ən yüksək mövqelərə çatmağa imkan yaratmışdır. O, həmişə vurğulayırdı ki, qadın bir insandır və o, müstəqil bir varlıqdır. O, həyatda kişiyə bağlı deyildir. …

Mənbə: www.bayynat.org.lb

Müsahibəni Mühəmməd Fəzlullah apardı.

Tarix: 1433/25 məhərrəm, 22/12/2011

Tərcümə: Salman Süleymanov

Təshih: Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

[1] “Nisa”, 35

[2] “Həcc”, 78

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma