YUMŞAQLIĞIN MÜKAFATI

10325766_622140917864143_7535502695200689734_nHz. Aişədən rəvayət edildiyinə görə Rəsulullah (s) belə buyurdu: “Ey Aişə, şübhəsiz ki, Allah Rəfiqdir, rifqi sevir. Sərt münasibətə və daha başqa hərəkətlərə vermədiyi savabı yumşaqlığa verir”[1].

Yumşaqlıq yüngül (mülayimət, sühulət), incə və həlim davranış kimi mənaları ehtiva edən “rifq” İslam əxlaqının əsas məfhumlarından biridir. Hədisin mətnində işlənən “unf” “rifqin” ziddi olan şiddət və sərtlik deməkdir. Dost, yoldaş və yumşaq mənasında olan “Rəfiq” isə rifq ilə müamilə edən Allah-Taalaya isim/sifət olaraq istifadə edilmişdir.

Miqdam ibn Şurayhın verdiyi bu məlumat hədisin daha açıq-aydın başa düşülməsini təmin edir: Bir dəfə Hz. Aişə bir dəvəyə minmişdi. Dəvədə bir əsəbilik və gərginlik vardı. Aişə onu geriyə çəkməyə başlamışdı. Buna görə Rəsulullah (s) ona: “Dəvə ilə mülayim davran, çünki yumşaqlıq təsir etdiyi hər şeyi gözəlləşdirir. Yumşaqlığın olmaması isə onu çirkinləşdirir”[2], – dedi.

Eyni hədisin başqa bir yerində rəvayət olunur ki, Allah Rəsulu (s): “Ey Aişə, Allahdan qorx və yumşaq davran…”[3] buyurmuş və heyvanla sərt və kobud davrandığı üçün onu tənbeh etmişdir.

Bundan başqa, Peyğəmbər (s): “Yumşaqlıqdan məhrum olan kimsə bütün xeyirdən məhrum olar”[4], – buyurmaqla rifqin bütün yaxşılıq və gözəllikləri öz içində daşıyan xeyir kəlməsi ilə eyni mənada olduğunu ifadə etmişdir.

HƏDİSDƏN ÖYRƏNDİKLƏRİMİZ

1. Yumşaqlıq (rifq və mülayimlik) hamının istədiyi və tərifə layiq bir əxlaqdır. Sərt davranış və kobudluq (qabalıq) isə heç kəsin arzulamadığı və heç kəs tərəfindən bəyənilməyən pis bir xüsusiyyətdir.

2. Yumşaqlıq bütün yaxşılıq və gözəlliklərin qazanılmasında, “xeyirlərin fəthi və şərlərin dəfi” məsələsində sahib olunması lazım olan bir növ ədəbin açarıdır.

Uca Allahın Peyğəmbərimiz Mühəmmədə (s): “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla mülayim rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər…”[5] və  Hz. Musa ilə Hz. Haruna xitab edərək: “Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!”[6] – buyurması yumşaq davranmanın bir İslam mübəlliğində və tərbiyəçisində olması lazım olan ən önəmli vəsflərdən biri olduğunu göstərməkdədir.

3. İslam ailə həyatı rifq əsasına dayanmalıdır. Hədis nəinki insanlarla, hətta heyvanlarla belə yumşaq davranılmasını nəzərə çatdırır.

Fərəh Əlizadə

[1] Müslim “Birr”, 77; Əhməd ibn Hənbəl, I, 112

[2] Müslim “Birr”, 78; Əbudavud “Cihad”, 1

[3] Əhməd ibn Hənbəl, VI, 58

[4] Müslim “Birr”, 74, 76; İbn Macə “Ədəb”, 9; Əhməd ibn Hənbəl, IV, 362

[5] “Ali-İmran”; 159

[6] “Taha”; 43, 44

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma