AVROPA, YOXSA BİZ

sekil 222Bir neçə il əvvəl adını çəkmək belə istəmədiyim bir “elm adamı”, “alim” “Avropa və biz” adlı cızma-qara yazısında bütün çirkinliklərin mənbəyi kimi Müsəlman Şərqini, bütün gözəllik və uğurların vətəni olaraq isə xristian Avropasını göstərirdi. Azərbaycanda ziyalı olmaq, qələm sahibi olmaq dedikdə, öz xalqının bütün milli-mənəvi dəyərlərinə lağ etmək, alçaltmaq başa düşüldüyünü söyləməyə ehtiyac yoxdur. Bir-iki kitab oxuduqdan sonra sanki öz xalqından iyrənib qərb dəyərlərinə meyil etmək, qərb dünyasına heyran olmaq bir çox yazarlarımızın ümumi vəziyyətidir. İstər bu məqalənin müəllifi olsun, istərsə də son zamanlar çox böyük hay-küyə səbəb olan, xristian olduqları üçün erməniləri göylərə qaldırıb müsəlman olduqları üçün azərbaycanlıları yerdən-yerə vuran bir sayıqlama ilə gündəmdə qalmağa çalışan ağsaqqal bir yazıçı olsun, hamısına yalnız bu adı vermək olar: paranoidal Avropa məftunluğu.

Biz də mövzunu davam etdirərək Avropa ölkələri ilə özümüzü, yəni İslam dünyasını bir məsələdə – təmizlik və gigiyena baxımından müqayisə etməyə çalışacağıq. Yemək və içməkdə, çalışmaqda, yatmaqda, ibadətdə – bir sözlə, həyatın bütün sahələrində ilk və ən vacib şeyin şəxsi və ümumi gigiyena olduğunu vurğulayan İslam aləmində “təmizlik imandandır” prinsipi bir qırmızı xətt olaraq keçməkdədir. Təkcə elə bu prinsip – Peyğəmbərimizin bu hədisi müsəlman olan və dinini yaşayan hər bir kəsin təmizliyə riayət etməsini təmin edir. İslamda təmizlik qaydaları haqqında danışmağa ehtiyac yoxdur, tanışlığı olmayanlar maraqlansalar, hər bir addımda bu haqda qaydalara və Peyğəmbərimizin (s) çoxlu sayda hədislərinə rast gələcəkdir.

Yəqin ki, hamı bir zamanlar sovet Azərbaycanında da dəbdə olan, silindr formalı kişi şapkalarını xatırlayır. Yəhudilik simvolu olan bu qara rəngli şapkalar son İslam xilafəti – Osmanlı İmperiyası süqut etdikdən sonra onun qalıqları üzərində qurulan Türkiyə Respublikasının ilk onilliklərində cidd-cəhdlə dəb halına gətirilməyə başlamış, hətta bunu məcburi şəklə salmaq üçün insanlığın, bəlkə də, ən axmaq və gülməli qanunu kimi tarixə düşən “Şapka qanunu”nu da təsdiq etmişdilər. Osmanlı fəsini geyməyə alışmış türk kişiləri cihad ruhlu və hər zaman şəhadətə hazır olduğu üçün sarıq geyinən, kəfənini başında gəzdirən din xocaları zorla şapka taxmağa məcbur edilir, buna qarşı çıxanlara isə İstiqlal məhkəmələrində ölüm hökmü oxunurdu. Bunlardan biri – İskilipli Atif xoca heç bir vəchlə kafir simvolunu qəbul etmədiyi üçün minlərlə insanlarla bir yerdə Eminönündə dar ağacından asılmış və hətta onun ölü bədənindən belə əl çəkməmiş, ona şapka geyindirmişdilər. Bəs, görəsən, bu “silindr”lərin əcdadı olan məşhur və təmtəraqlı muşketyor şapkaları nəyə görə əvvəllər daha böyük və geniş ətəkli olurdu? Hansı zərurətdən qədim Avropanın “qəhrəmanları”, romanlardan və filmlərdən sevə-sevə izlədiyimiz və məftun olduğumuz kral cəngavərləri başlarına o şəkildə enli, haradasa çətir böyüklüyündə şapkalar qoyurdular? Çünki ilk yarandığı dövrlərdə bu şapkalar moda və gözəllik üçün deyil, yağıntılardan qorunmaq üçün hazırlanmışdı. Həm də təkcə qar və yağışdan deyil, evlərin pəncərəsindən birbaşa çölə atılan çirkab tullantılardan elə çətir kimi qorusun deyə istifadə edilirdi. Filmlərdə gördüyümüz “nəcib və nəzakətli” muşketyorların xanımlar qarşısında dərin reverans (şapkanı başından alıb təzim etmək) kimi adətləri də eyni səbəbdən, pis qoxulu şapkanı xanımların burnundan mümkün qədər uzaq tutmaq üçün düşünülmüşdü. Hazırda mebellərimizin vaz keçilməz bir hissəsi, evlərimizin ən hörmətli yerlərində bir atribut olan komodlar da, hər cür tualet və kanalizasiya sisteminin varlığından xəbərsiz olan qədim Avropa saraylarında, zəngin evlərdə təbii ehtiyac vasitəsi idi. Hətta bir mənbədə göstərilir ki, IX Lüdoviq bir dəfə özü də pəncərədən atılan nəcisə bulaşdıqdan sonra hər kəsin mütləq 3 dəfə “Ehtiyatlı olun!” deməsi və yalnız bundan sonra tullantıları bayıra atması haqqında qərar imzalamışdı. Kəndlərdə bu məqsədlər üçün heç olmasa quyular qazılıb istifadə edilir, sonra yarasız olduqda üstü basdırılırdısa, şəhərlərdə vəziyyət daha acınacaqlı idi. Küçə və yollar ifrazatla dolu olduğundan yağış yağan zamanlarda bütün şəhər iyrənc axıntılarla üzürdü. Dediklərimizə inanmayanlar hazırda Fransada mövcud olan Merderon çayının etimologiyasını araşdıra bilərlər. Məhz belə axıntılardan əmələ gələn bu çayın adı elə (“merd”) “nəcis” mənasını daşıyır.

İndi adı çəkiləndə ayağa qalxdığımız, heyranlıqla izlədiyimiz Luvr sarayında bir zamanlar kəskin iydən nəfəs almaq belə mümkün olmazdı. Bu səbəbdən də “bədən murdar, ruh isə təmizdir” – prinsipini ehtiva edən xristian dualizminə bağlı olduğu üçün və çimmək məsələsinə ikrahla yanaşdığına görə “Günəş Kral” ləqəbini alan XIV Lüdoviq tez-tez iqamətgahını bir saraydan digərinə keçirir, iyi nisbətən çəkilmiş yerlərdə otururdu. Hətta onunla görüşməyə gələn bir ispan səfirinin gündəliyində “kralın otağında murdar qoxudan gözləri yaşardığı, özünü sarayın bağçasına atması, orada isə daha dəhşətli iydən boğulduğu” qeyd edilir, çünki sarayın içərisi kral və əyanları üçün, bağçası isə qulluqçular üçün ümumi ayaqyolu idi. Ziyarətçilər bu gün də isti havalarda Versal sarayının bağçasındakı kolluqlardan kəsif qoxu duya bilirlər. İspaniya kraliçası İzabella Kastilskaya isə həyatında yalnız iki dəfə: bir doğulduqdan sonra xaç suyuna salınarkən və bir də toy günündə çimdiyini xatirələrində sevə-sevə qeyd edirdi. VII əsrdə müsəlmanlar gündə beş dəfə yuyunarkən, dişlərini misvakla sürtərkən XVI-XVIII əsr Avropasında natəmiz bədən qoxusunu kəskin ətirlərlə, ağız qoxusunu isə sarımsaqla (!) yox etməyə çalışırdılar. Bütün bu natəmizliklər üzündən bədənlərinə dolan bit-birələri isə o zamanın xristian rahibləri “Tanrının inciləri” adlandırırdılar, elə bu səbəbdən də tif, vəba, taun kimi Avropa əsilli xəstəliklər də o dövrlərdə tüğyan edirdi. O zamanların statistik hesablamalarına görə, bu xəstəliklərdən İtaliya və İngiltərə əhalisinin yarısı, Fransanın isə üçdə biri tələf olmuşdu. Diareya kimi dəhşətli ishal xəstəliyindən saçları tökülən zadəganlar indi şəkillərdə gördüyümüz, XIX əsrə qədər kübarlıq simvolu olan və istifadə edilən, burmalı kişi pariklərini başlarına qoymağa başladılar. Eyni zamanda, təfərrüatlara varmadan qısa və büzməli, altdan boğmalı kişi pontalonlarının da ishal xəstəliyinin törətdiyi fəsadlar nəticəsində düşünüldüyünü və sonralar dəb halını aldığını söyləyə bilərik.

O dövrün müsəlman şərqində çoxsaylı kişi və qadın hamamları, müşk-ənbər və sabun kimi ətirli təmizlik vasitələri, tibbi cəhətdən indi də aktual və əvəzedilməz hesab olunan kisələr istifadə edildiyi halda, Avropaya sabun yalnız səlib yürüşlərindən sonra Şərqdən getsə də, yenə də istifadə üçün deyil, sadəcə xoş qoxusu üçün aparılmışdı. Təmiz geyim, üst və alt paltarlarını tez-tez dəyişmək kimi “qəribə adətlər”lə də avropalılar Xaçlı döyüşlərdən sonra tanış oldular. Deyilənə görə, Səlahəddin Əyyubi həzrətləri də Xaçlı ordusu üzərində qələbələr qazanarkən onun qorxusundan meşələrin ən sıx yerlərinə çəkilib gizlənən düşmən dəstələrinin yerlərini onların havaya yayılan kəskin qoxularından ayırd edirdi və çox asanlıqla tapıb məhv edirdi.

Ədalət naminə qeyd etmək lazımdır ki, xristianlıqdan öncəki Qədim Roma mədəniyyətində hamamlar var idi; təmizlik nisbətən gözlənilirdi, amma kişili-qadınlı ümumi çimmək yeri olan bu hamamlarda əxlaqsızlıq baş alıb gedirdi və xristian aləminin hamamları qadağan etməsinin başlıca səbəblərindən biri də elə bu idi. Qədim Rusiya mədəniyyətində də hamamlar önəmli yerə malik idi, hətta avropalı xristianlar rusları “həddindən artıq və tez-tez, ayda bir dəfə hamama getdikləri” üçün qınayırdılar. Lakin qədim rus hamamları da həm qadınlar, həm də kişilər üçün “fəaliyyət göstərən” ümumi hamamlar idi, hətta qədim rus mədəniyyətini əks etdirən klassik əsərlərdə, evlərdə olan şəxsi hamamlarda da bütün ailə üzvlərinin bir yerdə çimməsi, sonra hamılıqla hamamdan çıxaraq birbaşa çaya atılıb üzmələri təsvir olunur.

Bütün bu qeyd edilənlər hər iki sivilizasiyanın – İslam və Xristian (həm də post-xristian) aləminin sadəcə yalnız bir mövzuda, təmizlik məsələsində ortaya qoyduğu mədəniyyəti göstərməkdədir, tərəqqi və bəşəri xidmətlərinin göstəricisidir. Elmi, əxlaqi, iqtisadi və siyasi tərəfləri isə bir başqa mövzudur. İslama düşmən ünsürlər tez-tez belə iradlar tuturlar: “Dünəndən danışdığınız yetər, bu günə nə deyə bilərsiniz? Nə üçün bu gün qərb aləmi gündən-günə inkişaf etdiyi halda, bir dənə də olsun müsəlman dövləti yaşamaq üçün gözəl, sabit və mütərəqqi şərtlərə malik deyil? Nə üçün indi də müsəlmanlar Avropaya və digər qərb ölkələrinə axışır?” Bunun da səbəbləri aydındır və başqa bir söhbətin mövzusudur. Yalnız onu demək kifayət edər ki, qərb ölkələri bu gün malik olduqları yüksək texnologiya və texniki nailiyyətlərə vaxtilə içəridən parçaladıqları və kişi kimi vuruşaraq deyil, tülkü kimi məkrli planlarla dağıtdıqları müsəlman ölkələrindən oğurladıqları həm təbii, həm də milli-mənəvi sərvətlərlə nail olmuşlar. Bütün müsəlman dünyası çörək dərdində olanda bu ölkələrin sionist-imperialist qüvvələri elmi araşdırmalara külli-miqdarda pullar ayıraraq inkişaf etdilər, irəli getdilər. Amma yalnız fiziki mənada irəli getdilər. Oğurluq təbii sərvətlər hesabına su, elektrik və təbii qaz problemini həll etdilər, işsizliyi əsasən aradan qaldırdılar, bütün ailələrdə rahat kommunal şəraiti təmin etdilər. Ona görə də bugünkü avropalı əcdadından xəbərsiz olaraq təmizliyi və səliqəsi ilə öyünür. Amma başqa tərəfdən də mənəviyyat və əxlaqları məhv olub getməkdədir. Vavilov “genlər aldatmaz” deyirdi və bu fikrində haqlı idi. Dünən bədənini çirkabdan qoruya bilməyənlərin övladları bu gün də mənəviyyatlarını hər cür xəstəliyə bulaşdırıb bütün dünyaya yayırlar. Avropa dünən fiziki cəhətdən ölümlə nəticələnən yoluxucu xəstəlikləri dünyaya ixrac edirdisə, bu gün mənəvi deqradasiya ocağıdır, bu gün də qomoseksualizm, pedofiliya, zoofiliya, satanizm, ailəsizlik, “evdə uşaq vacib deyil, it-pişik də övladımız ola bilər” kimi saysız-hesabsız yeni xəstəliklərin mənbəyidir.

Əcdadına kəm baxıb, qərbdən əsən bütün küləklərlə sovrulan insanlarımıza baxarkən yenə də uca Allaha şükürlər deyirik. Həmd olsun ki, biz onlar kimi deyilik.

Zəhra Süleyman-Kıstı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma