MTV–DƏN MƏKKƏYƏ

Kristian BeykerKristian Beyker 1990-cı illərdə Avropanın ən məşhur telekanallarından biri olan MTV-nin ilk və öndə gedən aparıcılarından biri idi. Həm musiqi dünyasının nümayəndələri, həm də pərəstişkarlar üçün o, sanki bir ikona idi. Onu hər yerdə axtarır, hər zaman izləyirdilər. Buna baxmayaraq, şöhrətinin ən parlaq vaxtlarında belə Kristian daxilində bir boşluq hiss edirdi.

Onun İslama doğru yolu elə 90-cı illərdə məşhur pakistanlı idmançı İmran Xanla görüşündən sonra başladı. Elə həyatındakı sıxıntıların da təməli o vaxtdan qoyuldu. Artıq onun şəxsi həyatını bütün Almaniya təqib etməyə başladı. Onun müsəlman milyonerlə görüşməsi, İslam dünyası ilə tanışlığa başlaması çoxlarına rahatlıq vermirdi. Hər dəfə ondan müsəlman olub-olmadığını soruşurdular.

Müsəlman aləmi ilə ilk tanışlığa Pakistandan başlayan Kristian burada gördüyü böyük mədəniyyətə, əxlaqi normalara heyran olurdu. İndi yolları ayrılsa da, o vaxtlar görüşdüyü İmran Xanın Pakistan üçün etdiyi xeyirli işlər, tikdirdiyi iri xəstəxanalar, məktəblər Kristianı valeh edirdi, buna görə də, indi də o, İmran Xanı “Allah qulunun ən böyük nümunəsi” adlandırır.

İslamla tanışlığı davam etdirən Kristian 17 il əvvəl aparıcısı olduğu gənclik proqramının yüzüncü buraxılışını alman telekanallarının birində qeyd edərkən canlı efirdə jurnalistlərdən biri ondan “öz sevgilisinin dinini qəbul edib-etmədiyini” soruşdu. Kristian bu suala belə cavab verdi: “Yox, amma qəlbimdə mən elə müsəlmanam”. Və elə o vaxtdan da Kristianın karyerasında “qara günlər” başladı. İki həftədən sonra onu işdən çıxardılar və əleyhinə alman kütləvi informasiya vasitələrində böyük bir kampaniyaya başladılar. Lakin bu, onu nəinki ruhdan saldı, əksinə dostlarının köməyi ilə bu əziyyətlərin ruhən təmizlənmək üçün bir vasitə olduğunu anladı.

1995-ci ildə London məscidlərindən birində İslamı qəbul etdikdən və işsiz qaldıqdan sonra Kristian diktorluqla pul qazanaraq, vaxtının çoxunu İslamı öyrənməyə və təbii təbabətlə tanışlığa həsr etməyə başladı. İslamı daha yaxından anlaya bilmək üçün müsəlman ölkələrinə səfər edir, İslam mədəniyyətini öyrənir, Quran oxuyurdu.

Bu zaman ərzində Kristianın ətrafındakı söz-söhbət azalmağa başladı və bir də onun həcc ibadəti üçün Məkkəni ziyarət etməsindən sonra başladı. Həcc ziyarəti Kristiana o qədər dərin təsir bağışladı ki, artıq susmamağa, təəssüratları barədə mətbuatda danışmağa, İslamın tanıtdırılması üçün fəaliyyət göstərməyə qərar verdi. Alman mətbuatında davamlı olaraq çıxış etdikdən sonra Kristian özünün məşhur “MTV-dən Məkkəyə qədər – İslam həyatımı necə doldurdu” adlı kitabını yazdı. Tez bir zamanda bu kitab ingilis, holland, türk, ərəb, indoneziya dillərinə də tərcümə olunub yayıldı. Alman oxucuların artıq çox dərin maraqla izlədiyi Kristian İngiltərədə keçirilən “Mühəmməddən təsirlənənlər” sosial kampaniyasının da üzvü oldu. Bundan başqa, o həm də ABŞ-ın məşhur Travel Channel televiziya kanalında müəllif proqramları hazırlayır, EBRU TV-də “İman işləri” adlı verilişin aparıcısı olur. İstər ədəbi-publisistik fəaliyyətində, istərsə də kütləvi fəaliyyətində Kristian Beykerin əsas məqsədi Qərbin gözündə İslamın imicini qaldırmaq, sivilizasiyalarası dialoqların effektiv şəkildə aparılmasıdır. Bunu hər zaman öz yazılarında və çıxışlarında qeyd edən Kristian ilhamını Peyğəmbərdən (s) aldığını deyir: “Peyğəmbər deyir ki, alimin mürəkkəbi şəhidin qanından üstündür. Dövrümüzün bu “mürəkkəbi” televiziya və sosial mətbuatdır”.

Hazırda Londonda yaşayan bu 44 yaşlı qadın keçirdiyi əzab-əziyyətlərin onun üçün bir sınaq olduğunu deyir və böyük əzmlə İslamın təbliğini həyata keçirir: “Bütün sınaqlar mənim imanımı artırdı, indi Allah hər zaman mənimlədir. İnsanlar etibarsızdır, onlar insanı yanıldırlar. Allaha isə hər zaman sığınmaq olur”.

Zəhra Süleyman-Kıstı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma