İRENA XANDONO

IRENA XANDONOİndoneziyanın ən iri kilsələrindən birinə uzun zaman xidmət etmiş, keçmiş rahibə, indi isə mömin bir müsəlman qadın İrena Xandono İslamı islamofob bir keşişin vəzlərindən sonra (!) qəbul edib. Kiçik yaşlarından Müqəddəs Məryəm adına kilsə təşkilatında xidmətə başlamış İrenanın valideynləri həmin kilsənin yaradıcıları olmuşdu. “Azmış quzuların xilas edilməsi” ilə məşğul olan bu təşkilatın əsas məqsədi xristianlığı qeyri-xristianlar arasında təbliğ etmək, missionerlər yetişdirmək idi. Az müddət ərzində belə bir missioner hərəkatın liderinə çevrilən İrenanın nə vaxtsa İslamın təbliğatçısı olacağı heç ağlına da gəlməzdi: “Mən xristian keşişlərinin hazırlandığı Teologiya və Fəlsəfə Universitetində təhsil almağa başladım. Orada bizə dinlərin müqayisəli təhlili haqqında mühazirə oxunarkən İslamı aqressiv və mürtəce bir din kimi təqdim edirdilər. Hətta belə misallar da gətirirdilər: “Əgər İslamı tanımaq istəyirsinizsə, sadəcə İndoneziyadakı müsəlmanların aqibətinə nəzər yetirin. İndoneziyada ən yoxsul olanlar kimlərdir? Müsəlmanlar. İndoneziyada ən kütbeyin olanlar kimlərdir? Müsəlmanlar. Cümə namazı vaxtı ayaqqabılarını itirənlər kimlərdir? Müsəlmanlar. Birliyi ən çox istəməyən kimlərdir? Müsəlmanlar. Terroristlər kimdirlər? Yenə də müsəlmanlar!” Elə o zamandan etibarən də məndə ziddiyyətli fikirlər yaranmağa başladı. Öz-özümə düşünürdüm: “Nəyə görə yalnız İndoneziyaya baxmalıyıq? Bəs Filippin? Orada da yoxsul və savadsız kütləni müsəlmanlar təşkil etmir kl? Əksinə, onların əksəriyyəti katolikdir. Yaxud da Meksika – oğruların, quldurların, əyyaş və narkomanların bol olduğu bu kasıb ölkə məgər müsəlman ölkəsidir? Şimali İrlandiyada illərlə davam edən katolik-protestant qarşıdurmasında müsəlmanmı var?”

Beynimdə dolaşan bu suallara cavab tapmaq məqsədi ilə İslamı həqiqi mənbələrdən oxumaq barədə qərarımı Pastora bildirəndə o, bir şərtlə buna icazə verdi – bu dindəki zəif yerləri üzə çıxartmaq.

Elə həmin gün Quran oxumağa başladım və ilk oxuduğum surə “İxlas” surəsi oldu. Bu surədəki “bir olan Allah” ifadəsi fikirlərimi çox məşğul etdi. Mənim alışdığım “üçallahlılıq”, “üçlük”, “üçlükdə vahid” kəlmələri ilə bu ifadə heç uyğun gəlmirdi. Pastor bunu mənə üçbucaq fiqurunun timsalında izah etməyə başladı: “Üçbucaq üç küncə malik olduğu kimi, Allah da üç sifətə malikdir”. O zaman mən də kvadrat fiqurunu misal gətirdim və eyni ifadələri ona aid etdim. “Onda Allah 4 sifətə də malik ola bilər” – dedim. Pastoru bu sözlər təbii ki, qane etmədi və mənə ehkama qarşı çıxmamağı israrla tövsiyə etdi: “Əgər Allahın üçlükdə vahid olduğunu anlaya bilmirsənsə, bunu sadəcə qəbul et və bir daha belə suallar vermə. Əgər şübhə etsən, günaha batacaqsan!”

Mən Quranı oxumağa davam etdim. Artıq düşüncəmdə inqilablar baş verirdi. Hiss edirdim ki, Quran-kərimi oxumağa məndə daxili bir ehtiyac var. Oxuduqca da suallar artmağa başlayırdı. Bir dəfə Pastordan soruşdum: “Bu masanı kim düzəldib?” Cavab gəlmədi. Mən davam etdim: “Dülgər. Masa dülgərlə bir ola bilərmi? Yaradılış olan insan Allahla eyni görülə bilərmi?” Ona başqa bir misal da çəkdim: “Əgər bir ordunun zabitləri yığılıb özlərinə general seçsələr, bu həqiqi rütbə olmaz. Eləcə də insanlar yığılıb kimisə özlərinə Allah seçə bilərlər, amma bu həqiqi Allah sayılmayacaq. Odur ki, 325-ci ildə (İsa Məsihin ölümündən çox-çox sonra) Nikey kilsəsi tərəfindən elan edilən üçlük doktrinası, İsa-Allah münasibətinin Oğul-Ata kimi qələmə verilməsi mənə çox qəribə görünür”. Pastorla bu sonuncu söhbətim həyatımın dönüş nöqtəsi oldu. Məntiqi düşüncəm emosional düşüncəmi məğlub etməyə başladı və artıq vaxt itirmədən İslamı qəbul etdim”.

Mənəvi axtarış insanın təbii halıdır, lakin kimisi özünün bu keyfiyyətinə laqeydliklə yanaşır, kimisi isə həqiqəti tapmaq, hər şeyin mənasını anlamaq üçün düşünür, axtarır, təhlil edir, daha da dərinə gedir, kamilliyə çatmaq istəyir. Xanım İrena Xandono da bir imanlı olaraq, bütün eşitdiklərini robot kimi, heç bir ağıl mühakiməsindən keçirmədən qəbul etmədi və özünün təfəkkürünü işə saldı. İslamı qəbul etmiş digər katolik keşişin yazdığı kimi, İslamı seçərək hansısa bir qrup insanların qərarı ilə yaranmış və onların öyrətdikləri ehkamlarla deyil, elə İsa Məsihin özünün də ibadət etdiyi və təslim olduğu tək və bənzəri olmayan Allahın dini ilə yaşamağa başladı.

Qəlbləri fəth edən, həyatları və taleləri dəyişən Uca Allaha həmd olsun!

Zəhra Süleyman-Kıstı  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma