İndoneziyanın ən iri kilsələrindən birinə uzun zaman xidmət etmiş, keçmiş rahibə, indi isə mömin bir müsəlman qadın İrena Xandono İslamı islamofob bir keşişin vəzlərindən sonra (!) qəbul edib. Kiçik yaşlarından Müqəddəs Məryəm adına kilsə təşkilatında xidmətə başlamış İrenanın valideynləri həmin kilsənin yaradıcıları olmuşdu. “Azmış quzuların xilas edilməsi” ilə məşğul olan bu təşkilatın əsas məqsədi xristianlığı qeyri-xristianlar arasında təbliğ etmək, missionerlər yetişdirmək idi. Az müddət ərzində belə bir missioner hərəkatın liderinə çevrilən İrenanın nə vaxtsa İslamın təbliğatçısı olacağı heç ağlına da gəlməzdi: “Mən xristian keşişlərinin hazırlandığı Teologiya və Fəlsəfə Universitetində təhsil almağa başladım. Orada bizə dinlərin müqayisəli təhlili haqqında mühazirə oxunarkən İslamı aqressiv və mürtəce bir din kimi təqdim edirdilər. Hətta belə misallar da gətirirdilər: “Əgər İslamı tanımaq istəyirsinizsə, sadəcə İndoneziyadakı müsəlmanların aqibətinə nəzər yetirin. Oxumağa davam et