Archive | Avqust 2014

QADININ ƏRİNƏ XİDMƏTİ

QADININ ERINEAbdullah ibn Abbasdan rəvayət edildiyinə görə bir qadın: “Ya Rəsuləllah, qadının cihadının qarşılığı (mükafatı) nədir?” – deyə soruşduqda Allah Rəsulu (s): “Ərinə itaət etməsi və onun haqqını yerinə yetirməsidir”[1] – deyə ona cavab verdi.

1. Qadın (İslam dininin əmrlərinə zidd olmayan məsələlərdə) daim ərinə itaət etməli, onun hər bir əmrinə tabe olmalı və hər bir sözünə diqqətlə yanaşmalıdır. İslam dini qadının ərinə itaət etməsi və ona sayğı göstərməsi haqqında çox tövsiyələr etmişdir. Rəsulullah (s) buyurmuşdur: “Qadın ərinin haqqını ödəmədikcə Allahın haqqını ödəməmişdir”. Oxumağa davam et

İORDANİYA KRALİÇASI KVİN NUR

KVİN NURCNN telekanalına verdiyi müsahibədə Kvin Nur belə deyib: “Mən dünyada ən kasıb və konflikt yaranan ölkələrdə şahid olmuşam ki, fəqirlik, durğunluq və ətalətdən qurtulmağın səbəbkarı qadınlardır. Bombasız, gülləsiz, yəni həqiqi təhlükəsizliyin təmin olunmasına kömək edə bilən də məhz qadınlardır”.

Uzun illər Kral Hüseynin yoldaşı İslam cəmiyyətində səmimi, açıqsözlü və əzmkar bir qadın kimi tanınıb.

1974-cü ildə Kvin Nur Prinston Universitetinin ali kursunu şəhər planlaşdırma və memarlıq dərəcəsi ilə bitirib. Oxumağa davam et

O AZAN MƏNİM ÜÇÜN SƏSLƏNDİ

mashaBu gün bütün dünyada, o cümlədən də bizim ölkəmizdə kütləvi “ulduz” istehsalı yüksələn xətt üzrə inkişaf edir. Gəlirli olmasına görə bu sahə, bəlkə də, nanotexnologiya və ya avtomobil istehsalını geridə qoyur. Axın-axın səhnə insanı istehsal edib adını “ulduz”, “star”, “istedad” qoyan bu sənaye sahələrindən biri də Rusiya və MDB insanlarının diqqətini televiziya ətrafına yığıb özünə çoxlu sayda geniş tamaşaçı kütləsi qazana bilmişdi. “Ulduz fabriki” (“Fabrika zvyozd”) adı ilə efirə çıxan və çox məşhur olan bu layihəyə yüzlərlə ifaçı qatılır, oradan da nəhəng Rusiya şou-biznesinə vəsiqə qazanırdı. Belə “bəxtəvər” ulduzlardan biri də Marina Alalıkina idi. O, ilk çıxışından tamaşaçı kütləsinin məhəbbətini qazana bilmiş, hər yerdə qapılar üzünə açılmış, təklif və qonorar seli ona doğru axmağa başlamışdı. Karyerasının ən qızğın mərhələsində və şöhrətinin ilk çağlarında bütün Rusiya şou aləmini “acı xəbər” sarsıtdı: Marina Alalıkina – yeniyetmələrin sevimlisi Maşa – bir müsəlmana ərə gedir və o artıq səhnəni tərk edir. Oxumağa davam et

ÖVLAD TƏRBİYƏSİ

QADIN ÖVLADLARININ ƏDƏB VƏ TƏRBİYƏSİNƏ GÖRƏ CAVABDEHDİR

ovlad_t-rbi-y-siAbdullah ibn Ömərdən rəvayət edildiyinə görə Rəsulullah belə buyurmuşdur: “Hər biriniz çobansınız və hər biriniz də öz rəiyyətinə (təbəəsinə) görə cavabdehdir. İmam (bir dövlət başçısı) bir çobandır və təbəəsinə (yəni hakimiyyəti altında olanlara) görə cavabdehdir. Kişi ailə fərdlərinin çobanıdır və onlara görə cavabdehdir. Qadın ərinin evində bir çobandır və övladlarına görə cavabdehdir. Xidmətçi ağasının malının çobanıdır və ona görə cavabdehdir. Hamınız çobansınız və rəiyyətinizə görə cavabdehsiniz”[1]. Oxumağa davam et

ZEYNƏB ƏRBAKAN

zeynəb erbakan“Atam bizə milli və mənəvi dəyərlərə bağlı bir insan, həqiqi bir müsəlman olmağımız üçün hər zaman nəsihətlər verərdi. Və buna xüsusi diqqət yetirərdi. Əlbəttə ki, mənim də  müxtəlif dünyagörüşü və ideologiyalara sahib olan dostlarım olub. Ancaq siyasi düşüncəm heç bir zaman dəyişməyib”.

Zeynəb Ərbakan

“Milli Görüş” hərəkatının banisi mərhum Nəcməddin Ərbakanın qızı, “Səadət Partiyası” Qadın Qollarının rəhbəri Zeynəb Ərbakan 3 dekabr 1967-ci ildə Ankarada dünyaya gəlib. Orta təhsilini Ankarada başa vuran Zeynəb xanım 1994-cü ildə Orta Doğu Texnik Universitetinin (ODTÜ) Kimya mühəndisliyi fakültəsinin məzunu olub. Oxumağa davam et

İSLAMI QƏBUL ETMİŞ BİR AMERİKALININ HƏYAT HEKAYƏSİ

amerikali“Əvvəllər mən anamla yaşayırdım. Anamın güclü dini mənşəyi olmayıb. Bir araya gələ bilmədiyimizdən mən bir neçə ay küçədə yaşamalı oldum və oradan qəyyum evinə yerləşdirildim. 3 qəyyum evində olmuşam. Nəhayət, sonuncu evdə 6 il yaşamışam. Bu vaxt ərzində mən tamamilə yalqız idim. Mənə dayaq olacaq nə atam, nə anam, nə də dostlarım var idi. Düşünürəm ki, məhz bu tənhalığıma görə “qapılar” üzümə açıldı və həqiqəti axtarmağa başladım. Pentikostal kilsəsinə getməyə başladım. Hər bazar səbirsizliklə ora getməyi gözləyərdim. Hiss edirdim ki, bu mənim evdə ala bilmədiyim ruhumun təhsili, tərbiyəsidir. Oxumağa davam et