Archive | Yanvar 2015

PEYĞƏMBƏRİMİZ VƏ ONUN ÇOX QADINLA EVLƏNMƏSİ BİR MƏDƏNİYYƏTDİR 

namaz_qadinAllah-Taala sevgili Peyğəmbərimizi insanlar üçün misilsiz bir nümunə kimi seçmiş, müsəlmanların da onun davamçısı olaraq keçdiyi həyat yolunu özləri üçün örnək hesab etmələrini istəmişdir. Hansı səviyyədə və hansı məqamda olmağından asılı olmayaraq hər bir insanın Peyğəmbərimizin həyatından faydalanacağı çox əməllər və nümunələr vardır, çünki Allah-Taala onu bir mələk olaraq deyil, insan olaraq göndərmişdir. Ta ki insanlar onu yaxından tanısınlar və onda gördükləri keyfiyyətləri rahatlıqla həyatlarına tətbiq edə bilsinlər. Oxumağa davam et

PEYĞƏMBƏRİN MÖVLUDU MÜNASİBƏTİLƏ MÜRACİƏT

“MƏZHƏBÇİLİK DÜŞMƏNİN HƏDƏFLƏRİNİ HƏYATA KEÇİRİR!”

Seyid Mühəmmədhüseyn Fəzlullahın Peyğəmbərin Mövludunun İldönümündə

Ərəb və İslam Dünyasına Yönəltdiyi Müraciət

Seyid Fəzlullah: “Məzhəbçilik çıxışları müqavimət hərəkatı ilə birbaşa müharibədə məğlub olmuş düşmənin dağıdıcı hədəflərinə xidmət edir”.

S8Dini rəhbər Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah hesab edir ki, İslam vəhdəti və birliyi sənin seçəcəyin və ya tərk edəcəyin bir məsələ deyil, əksinə müsbət ruha əsaslanan elə bir yoldur ki, Allah müsəlmanın bu yol üzərində başqası ilə münasibət qurmasını istəmişdir. Seyid Fəzlullah bildirir ki, bu birlik ümmətin strateji mövqelərinə ağalıq etməkdə olan zülmkarların planlarından əziyyət çəkir. Despot informasiya və psixoloji müharibə vasitəsilə ümmətin bir firqəsini digəri ilə qarşı-qarşıya qoyur.

Seyid Fəzlullah Peyğəmbərin vəsiyyətinə əməl edərək ümməti bir-birini küfrdə ittiham etməkdən çəkinməyə çağırır. O, müsəlmanlara məsləhət görür ki, dünyanı Rəsuli-Əkrəmin şəxsiyyəti ilə tanış edən əks həmləyə keçsinlər. O, xəbərdarlıq edir ki, müqavimət hərəkatı ilə birbaşa müharibədə uduzan sionist düşmən öz dağıdıcı hədəflərini gerçəkləşdirməyə başlamışdır. Oxumağa davam et

HƏZRƏT MÜHƏMMƏD (S)-İN HƏYATI HAQQINDA QISA MƏLUMAT

Hz.Mühəmməd (13)Peyğəmbərlərin sonuncusu Həzrət Mühəmməd (s) şəriət və kitab sahibidir və müsəlmanlar da ona iman gətiriblər.

Həzrət Mühəmməd (s) hicrətdən 53 il əvvəl (m. 571-ci il) Hicazın Məkkə şəhərində, ərəblərin böyük soykökə malik və dəyərli Qüreyş qəbiləsindən olan Bəni-Haşim ailəsində dünyaya göz açmışdır.

Atasının adı Abdullah, anasının adı isə Aminə olmuşdur. O, kiçik yaşlarında ikən ata və anasını itirmiş, babası Əbdülmüttəlibin himayəsində böyümüşdür. Oxumağa davam et