HƏZRƏT MÜHƏMMƏD (S)-İN HƏYATI HAQQINDA QISA MƏLUMAT

Hz.Mühəmməd (13)Peyğəmbərlərin sonuncusu Həzrət Mühəmməd (s) şəriət və kitab sahibidir və müsəlmanlar da ona iman gətiriblər.

Həzrət Mühəmməd (s) hicrətdən 53 il əvvəl (m. 571-ci il) Hicazın Məkkə şəhərində, ərəblərin böyük soykökə malik və dəyərli Qüreyş qəbiləsindən olan Bəni-Haşim ailəsində dünyaya göz açmışdır.

Atasının adı Abdullah, anasının adı isə Aminə olmuşdur. O, kiçik yaşlarında ikən ata və anasını itirmiş, babası Əbdülmüttəlibin himayəsində böyümüşdür. Lakin bir müddət keçəndən sonra babası da vəfat etmiş və beləcə əmisi Əbutalib ona baxmağı öz öhdəsinə götürmüşdür. O Həzrət əmisinin evində boya-başa çatmışdır. Hələ yetkinlik yaşına çatmamışdan əvvəl əmisi ilə birlikdə Şama getmişdir.

Peyğəmbər təhsil almadığı üçün oxuyub-yazmağı bilmirdi, lakin yetkinlik yaşına çatdıqdan sonra ağıllı, tərbiyəli və yüksək əxlaqlı bir gənc kimi tanındı. Qüreyşin varlı qadınlarından olan Hz. Xədicə bütün malını o Həzrətə həvalə edərək ticarət işinə rəhbərliyi ona tapşırdı.

O Həzrət başqa səfərlərindən birində Şama apardığı malı orada sataraq böyük bir mənfəət ilə geri qayıtdı. Uzun bir müddət keçmədən bu qadın Həzrətə evlənmə təklifi etdi. Peyğəmbər bu təklifi qəbul edərkən iyirmi beş yaşında idi. Qırx yaşına qədər cəmiyyətdə sözünə əməl edən bir insan kimi tanındı, bütə ibadət etmədi. Hətta bəzən gözdən uzaq yerlərə çəkilərək öz Məbuduna ibadət edərdi. Qırx yaşında Təhamə dağının Hira mağarasında ibadət edərkən peyğəmbərliyə seçildi və cəmiyyəti tövhidə dəvət etməklə vəzifələndirildi. Burada Quranın “Ələq” surəsinin ilk beş ayəsi o Həzrətə nazil oldu. Həzrət həmin gün evə qayıdarkən əmisi oğlu Əli ilə qarşılaşdı. Əli onu diqqətlə dinlədi və iman gətirdiyini bildirdi. Evə gələndən sonra vəziyyətdən agah olan həyat yoldaşı da İslamı qəbul etdi.

O Həzrət dəvətini açıq şəkildə elan edincə çox üzücü və iztirablı bir münasibətlə qarşılaşdı. Buna görə də gizli formada fəaliyyət göstərməyə məcbur oldu, lakin yenə Allah tərəfindən ən yaxın qohumlarını dəvət etməklə vəzifələndirildi. Peyğəmbər bütün qohumlarını İslama dəvət etdi, ancaq Əlidən başqa heç kim iman gətirmədi. Əhli-Beytdən əldə edilən rəvayətlərə və Əbutalibdən nəql olunan şeirlərə görə on iki imamçı şiə məzhəbi buna etiqad etmişdir ki, Peyğəmbərin əmisi Əbutalib bu dəvəti qəbul etmişdir. Lakin Qüreyş qəbiləsi arasında tutduğu mövqeyə əsaslanaraq Peyğəmbəri qorusun deyə imanını gizlədirdi. Bundan sonra Peyğəmbər Allahdan aldığı vəzifəyə görə açıq dəvətə başladı, lakin bu başlanğıc Qüreyşin müsəlmanlara əzab-əziyyət verməsi ilə nəticələndi. Çətinliklər o qədər çoxaldı ki, müsəlmanlardan bir qismi Peyğəmbərin əmri ilə evlərini tərk edib Həbəşistana hicrət etdilər. Peyğəmbər öz əmisi və Bəni-Haşimdən olan qohumları ilə birlikdə üç il Əbutalib dərəsində (şibi-Əbutalib) müəyyən qadağalar altında yaşadılar. Heç kimin onlara yardım etməyə və onlarla görüşməyə ixtiyarı yox idi. Həmin dərədən kənara çıxa bilməzdilər.

Məkkə bütpərəstləri istehza etmək, döymək və hər cür işgəncələrdən başqa, bəzən də ona dəvətindən əl çəkməsi üçün yumşaqlıq göstərirdilər. Ona çox sərvət, rəyasət və səltənət təklif edirdilər, lakin onların təhdidləri və hörmətlə yanaşmaları da Peyğəmbəri görüşündə daha da sabitləşdirirdi. Bir gün həmin təklif ona veriləndə Peyğəmbər: “Günəşi sağ əlimə, ayı isə sol əlimə qoysanız da, mən öz dəvətimdən əl çəkməz və Allahın əmrlərini pozmaram”, – cavabını verdi.

Besətdən on il keçdi və iqtisadi təzyiqin götürülməsindən sonra özünün böyük qoruyucusu olan Əbutalib və vəfalı həyat yoldaşı Xədicəni itirdi. Artıq Həzrətin sığınacağı bir kimsə yox idi, çünki Məkkə bütpərəstləri planlı və gizli bir sui-qəsd hazırlayaraq gecə vaxtı o Həzrəti öldürmək istəyirdilər.

hicret (1)Lakin Allah bu planı Öz Elçisinə bildirərək onun Yəsribə hicrət etməsinə əmr verdi. Peyğəmbər Əlini öz yatağında yatmaqla vəzifələndirdi. Allahın qeybi yardımı ilə Peyğəmbər düşmənlərin onun üçün qurduğu plandan sağ-salamat çıxdı. Məkkənin yaxınlığında olan bir mağarada üç gün qaldı. Məkkə bütpərəstlərinin hər tərəfi axtarıb onu tapmadıqda məyus olub geri qayıtdıqlarını anlayınca mağaradan çıxıb Yəsribə doğru hərəkət etdi.

Yəsrib şəhərinin sayılıb-seçilən şəxslərindən bir qismi əvvəlcədən Peyğəmbərlə görüşüb iman gətirmişdilər. Buna görə də Yəsrib şəhərinin camaatı Peyğəmbərin oraya gəlməsini yaxşı qarşıladı. Öz mallarını və canlarını o Həzrətin əmrinə verdilər.

Peyğəmbər Yəsribdə ilk olaraq kiçik bir cəmiyyət yaratdı. Ətrafda olan yəhudi və qüvvətli ərəb qəbilələri ilə müqavilə imzalayaraq geniş bir şəkildə dəvətə başladı. Bundan sonra Yəsrib şəhərinə “Peyğəmbər şəhəri” (Mədinətur-Rəsul) deyildi.

İslam gündən-günə inkişaf edir və geniş əraziləri əhatə edirdi. Məkkədə işgəncə altında yaşayan müsəlmanlar bunu eşidincə evlərini və mallarını tərk edərək Mədinəyə hicrət etməyə başladılar. Bunlar mühacir adı ilə tanınırdılar. Mədinəlilər də Peyğəmbərə yardım etdikləri üçün ənsar adı ilə tanındılar.

İslam dini sürətlə yayılırdı, lakin Hicazda olan yəhudi tayfaları və Məkkə kafirləri əllərindən gələn bütün səyləri müsəlmanların içərisində tanınmadan yaşayan münafiqlərin yardımı ilə müsəlmanlara qarşı əsirgəmədilər. Hər gün yeni bir hadisə meydana gəlirdi. Nəticədə bu hərəkətlər böyük və kiçik döyüşlərə yol açdı və bu döyüşlərin çoxunda İslam ordusu yəhudi və ərəb bütpərəstlərinə qarşı müzəffər oldu. Belə döyüşlərin sayı səksəndən artıqdır. Bədr, Ühüd, Xəndək və Xeybər kimi böyük döyüşlərin əksəriyyətində Peyğəmbər şəxsən özü döyüşdə iştirak etmişdir. Bu döyüşlərin çoxunda Əli zəfər bayrağını əlində tutaraq irəliləyirdi. O, heç bir döyüşdən geri çəkilməyən bir şəxs idi. Hicrətdən sonrakı döyüşlərdə iki yüzə yaxın müsəlman şəhid edildi və minə yaxın kafir öldürüldü.

Peyğəmbərin ciddi fəaliyyəti, ənsar və mühacirlərin göstərdiyi fədakarlıqlar nəticəsində İslam dini on il müddətində Ərəbistan yarımadasında geniş şəkildə yayıldı. Buna görə də Peyğəmbər xaricdəki böyük dövlətləri və güclü qüvvələri İslama dəvət etdi. Rum, İran, Həbəşistan və Misir bu dəvət məktublarını alan ilk ölkələr oldu.

Peyğəmbər kasıb şəraitdə yaşayar və bununla da fəxr edərdi. Vaxtını əsla boş keçirməzdi. O, vaxtını üç yerə bölmüşdü. Bir hissəsini ibadət etməyə, ikinci hissəsini ailə işləri ilə məşğul olmağa, üçüncü hissəsini isə cəmiyyətdə İslamı yaymağa və İslam hökumətinin xarici və daxili işlərini nizama salmağa ayırmışdı.

Peyğəmbər hicrətdən on il sonra Mədinədə bir yəhudi qadının yeməyinə zəhər qatması nəticəsində xəstələndi və bir neçə gündən sonra vəfat etdi. Ömrünün son anlarında o, qadınlara və kölələrə yaxşı baxmağı insanlara tövsiyə etdi.

“Milli Görüş” jurnalı №1(2) 2014

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma