Uca Allahı tanımaq fərdi və cəmiyyəti bir vəziyyətdən başqa bir vəziyyətə ötürən dəyişikliyin ən güclü silahıdır. Yalnız Allaha arxalanmaq həqiqi iman əlamətlərinin ən açıq təzahürüdür. Allahla olan bağlılığınızı ruhlarınızda və əməllərinizdə həqiqətə çevirin. Yalnız ona arxalanın. Allahdan başqa heç kəsdən çəkinməyin və qorxmayın. Səbəblərə sarının. Bundan sonra hasil olacaq nəticələrə nə olursa-olsun, sinə gərin, İslamdan uzaq və həqiqi olmayan vasitəçilərə daraşmaq, məqam və nüfuz sahiblərinin qapılarında gözləmək, gözəl məqsədlərə çirkin milyonlarla çatmağa çalışmaq kimi insanların uzun zamanlar mübah saydıqları şeylərə girişməyin və bunları özünüzə haram edin. Oxumağa davam et
Archive | Sentyabr 2015
XOŞBƏXTLİYİN ÜNVANI
Ailə cəmiyyətin ən kiçik, lakin ən önəmli özəyidir. Belə ki, onun sağlam və xoşbəxt olması, cəmiyyətin də sağlam və xoşbəxt olması deməkdir, çünki xoşbəxt şəxslərdən təşkil olunmuş cəmiyyət “xoşbəxtlik cəmiyyəti” olacaq… Ona görə də bizi özümüzdən qoparmaq istəyənlər avropalaşma uğrunda ailə şüurunu aradan qaldırmaq üçün hər cür cəhd göstərmişlər və hazırkı dövrdə də əllərindən gələni etməkdədirlər… Çox təəssüflər olsun ki, bunun nəticəsində ailə şüurundan uzaq yetişən nəslin sayı sürətlə artır… Ələlxüsus gənclərin bu şüurdan uzaq yetişməsi, mənəviyyatdan məhrum olması düşündürücüdür… Oxumağa davam et