Tag Archive | hasan el-benna

QURANIN DƏYƏRİ[1]

QuranGünümüzdə müsəlman ümmətin Qurana qarşı davranışı bu şəkildədir: Quran-kərim olsa da olar, olmasa da. Ona əməl edilsə də olar, edilməsə də… Hər iki vəziyyətdə də dəyişən bir şey yoxdur. Halbuki Allah-Taala Quran-kərimi möhkəm bir kitab, əhatəli, ümumi bir nizam, dini və dünyəvi məsələləri tənzimləyən bir qanun olaraq nazil etmişdir. Quranın “Fussilət” surəsinin 42-ci ayəsində buyurulur: “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir”. Oxumağa davam et

ƏLLİ İSTƏK

hasan_el_benna_Bu istəklərin giriş hissəsində

aşağıdakı sözlər deyilmişdir:

“Bu istəklərin hər biri tədqiqatçıların bir yerdə aparacaqları incə və geniş araşdırmaları tələb edir. Bununla bərabər bu əlli istək, ümmətin inkişafının bütün şərtləri və ehtiyaclarını əhatə edir. Bu istəklərin yerinə yetirilməsi üçün insanların qarşısında cürbəcür məneələr vardır. Bunları həyata keçirməkdən ötrü böyük səbir və diqqət, qüvvətli və sabit iradə lazımdır. Bütün bunlarla bərabər səmimi olaraq bu işə qərar verilərsə, yol açılar; güclü iradəyə sahib olan bir cəmiyyətin arzu etdiyi hər şeyə qovuşması isə qaçılmaz bir həqiqətdir”. Oxumağa davam et

NECƏ İNANIRIQ

hasan e bennaHər şeyin və hər işin Allahın əlində olduğuna, Hz. Mühəmməd (s)-in son və bütün insanlığa göndərilmiş Peyğəmbər olduğuna inanırıq. Xeyir və şər əməllərin axirətdə qarşılığı olduğuna, Quranın Allahın Kitabı olduğuna, İslamın dünya və axirəti əhatə edəcək şəkildə ümumi bir ilahi nizam və qanun olduğuna inanırıq.

İstiqamət, elm və fəzilətin İslamın təməllərindən olduğuna inanırıq. Müsəlmanın işləyib qazanmaqla mükəlləf olduğuna və qazandığı malda məhrumların və ehtiyac sahiblərinin müəyyən bir haqqı olduğuna inanırıq.

Müsəlmanın ailəsinə cavabdeh olduğuna, sağlamlığını və əxlaqını qorumasının vacib olduğuna inanırıq. Oxumağa davam et

TƏRBİYƏ OLUNMAQ VƏ TƏRBİYƏ ETMƏKDƏ PRİNSİPLƏR

hasan el-bennaUca Allahı tanımaq fərdi və cəmiyyəti bir vəziyyətdən başqa bir vəziyyətə ötürən dəyişikliyin ən güclü silahıdır. Yalnız Allaha  arxalanmaq həqiqi iman əlamətlərinin ən açıq təzahürüdür. Allahla olan bağlılığınızı ruhlarınızda və əməllərinizdə həqiqətə çevirin. Yalnız ona arxalanın. Allahdan başqa heç kəsdən çəkinməyin və qorxmayın. Səbəblərə sarının. Bundan sonra hasil olacaq nəticələrə nə olursa-olsun, sinə gərin, İslamdan uzaq və həqiqi olmayan vasitəçilərə daraşmaq, məqam və nüfuz sahiblərinin qapılarında gözləmək, gözəl məqsədlərə çirkin milyonlarla çatmağa çalışmaq kimi insanların uzun zamanlar mübah saydıqları şeylərə girişməyin və bunları özünüzə haram edin. Oxumağa davam et