Tag Archive | Quran

QURANIN DƏYƏRİ[1]

QuranGünümüzdə müsəlman ümmətin Qurana qarşı davranışı bu şəkildədir: Quran-kərim olsa da olar, olmasa da. Ona əməl edilsə də olar, edilməsə də… Hər iki vəziyyətdə də dəyişən bir şey yoxdur. Halbuki Allah-Taala Quran-kərimi möhkəm bir kitab, əhatəli, ümumi bir nizam, dini və dünyəvi məsələləri tənzimləyən bir qanun olaraq nazil etmişdir. Quranın “Fussilət” surəsinin 42-ci ayəsində buyurulur: “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir”. Oxumağa davam et