Tag Archive | hesen el-benna

NECƏ İNANIRIQ

hasan e bennaHər şeyin və hər işin Allahın əlində olduğuna, Hz. Mühəmməd (s)-in son və bütün insanlığa göndərilmiş Peyğəmbər olduğuna inanırıq. Xeyir və şər əməllərin axirətdə qarşılığı olduğuna, Quranın Allahın Kitabı olduğuna, İslamın dünya və axirəti əhatə edəcək şəkildə ümumi bir ilahi nizam və qanun olduğuna inanırıq.

İstiqamət, elm və fəzilətin İslamın təməllərindən olduğuna inanırıq. Müsəlmanın işləyib qazanmaqla mükəlləf olduğuna və qazandığı malda məhrumların və ehtiyac sahiblərinin müəyyən bir haqqı olduğuna inanırıq.

Müsəlmanın ailəsinə cavabdeh olduğuna, sağlamlığını və əxlaqını qorumasının vacib olduğuna inanırıq. Oxumağa davam et

TƏRBİYƏ OLUNMAQ VƏ TƏRBİYƏ ETMƏKDƏ PRİNSİPLƏR

hasan el-bennaUca Allahı tanımaq fərdi və cəmiyyəti bir vəziyyətdən başqa bir vəziyyətə ötürən dəyişikliyin ən güclü silahıdır. Yalnız Allaha  arxalanmaq həqiqi iman əlamətlərinin ən açıq təzahürüdür. Allahla olan bağlılığınızı ruhlarınızda və əməllərinizdə həqiqətə çevirin. Yalnız ona arxalanın. Allahdan başqa heç kəsdən çəkinməyin və qorxmayın. Səbəblərə sarının. Bundan sonra hasil olacaq nəticələrə nə olursa-olsun, sinə gərin, İslamdan uzaq və həqiqi olmayan vasitəçilərə daraşmaq, məqam və nüfuz sahiblərinin qapılarında gözləmək, gözəl məqsədlərə çirkin milyonlarla çatmağa çalışmaq kimi insanların uzun zamanlar mübah saydıqları şeylərə girişməyin və bunları özünüzə haram edin. Oxumağa davam et