Arxivlər

ƏSMAYİ-HÜSNA

“Əsmayi-hüsna” (ərəbcədə “əl-Əsmaul-hüsna”), yəni “gözəl adlar”. “Allahdan başqa heç bir ilah yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Onundur!”[1], “Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. …”[2]“… Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir (yəni Onu təqdis edib şəninə təriflər deyir) …”[3] kimi ayələrdə də ifadə edildiyi kimi, ən gözəl adlar Allaha məxsusdur, Oxumağa davam et

ЧТО ТАКОЕ ИСТИАЗА

Слово «истиаза» (словарное значение «искать пристанище, прибежище, взывать о помощи») как религиозный термин, в частности в Коране – это мольба-обращение человека к Аллаху в поисках спасения и защиты от любого зла и неприятностей. В Коране и хадисах-преданиях истиаза – молитва-мольба о помощи в беде и несчастье, при любой опасности и в борьбе с внутренними и внешними врагами. Истиаза – это молитва.

Истиаза, предложенная вашему вниманию составлена на основе Корана и достоверных хадисов-преданий. Oxumağa davam et

İSTİAZƏ NƏDİR

Lüğətdə “sığınmaq” mənasını verən “istiazə” sözü İslam maarifində, ələlxüsus Quranda elə bir duadır ki, insan şəri özündən uzaqlaşdırmaq üçün onun vasitəsilə Allaha pənah aparır, Ona sığınaraq Ondan imdad diləyir. Quran və hədislərdə istiazə insanın bəlalar, təhlükələr, daxili və xarici düşmənlər qarşısında mübarizə aparması üçün aləmin Xaliqindən yardım istəməsidir. İstiazə bir duadır. Oxumağa davam et

AY TUTULMASI BAŞ VERƏCƏK

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bu ilin (h. q. 1439 – m. 2018) ikinci Ay tutulması hadisəsi 27-dən 28-ə keçən gecə (h. q. 14-15 zilqədə) baş verəcək. AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun məlumatına əsasən ölkədə 2018-ci ildə ikinci Ay tutulması iyulun 27-dən 28-nə keçən gecə müşahidə olunacaq: “Təbiət hadisəsi saat 22:24:27-də başlayacaq. Tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq. Tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq”. Qeyd edilən tarixdə, həmçinin Mars-Yer qarşıdurması hadisəsi baş verəcək.   Oxumağa davam et

MÜSƏLMANLARIN NƏZƏRİNƏ! (ÖLKƏ MÜSƏLMANLARI 76 DƏQİQƏ ARTIQ ORUC TUTMAĞA MƏCBUR EDİLİR!)

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

 MÜSƏLMANLARIN NƏZƏRİNƏ!

(ÖLKƏ MÜSƏLMANLARI 76 DƏQİQƏ ARTIQ ORUC TUTMAĞA MƏCBUR EDİLİR!)

Hicri-qəməri təqvimilə 1439-cu il ramazan ayı (m. 2018, may-iyun) ilə əlaqədar “Qafqaz Müsəlmanları İdarəsi” tərəfindən hazırlanan ramazan təqvimində sübh namazının vaxtı Quranda və Sünnədə bəyan olunan şəri ölçüyə uyğun təyin olunmamışdır. Quranda fəcri-sadiq üçün göstərilən ölçü zamana çevrildikdə ciddi xətaya yol verilmişdir. Oxumağa davam et

BÖHTAN ATMAQ

Böyük günah olması qiyasi-əvləviyyəti-qətiyyə (qəti münasiblik – qiyasın məqbul olan bir növü) yolu ilə sübuta yetən böyük günahlardan biri də böhtandır. Böhtan başqa bir şəxsə onda olmayan bir şeyi, yaxud eybi nisbət vermək mənasını verir. Qeybət etmək, yəni insanda olan gizli bir eybi yad etmək böyük günah olduğu üçün insanda olmayan bir eybin zikr edilməsi mənasını verən böhtan əvləviyyət yolu ilə və əqlin qəti hökmünə əsasən böyük günah olacaqdır. Bəlkə, böhtan iki böyük günaha şamildir ki: qeybət və yalan. Oxumağa davam et