Arxivlər

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

ARVADIN EVİ (YƏNİ AİLƏNİ) HİMAYƏ ETMƏSİ

imanSUAL: Qadın nikah kəsilərkən həyatın (yəni ailənin) himayəsinin onun ixtiyarında olmasını şərt edə bilər? Əgər şərt kəsilərsə, kişi bu şərtə riayət etməsə, yaxud o şərti batil (keçərsiz) bilsə, izdivac (nikah) əqdi batildirmi?

CAVAB: Bu şərt iki şəkildə icra edilə bilər. Birinci­si budur ki, ailənin himayə olunmasının arvadın əlində olacağını şərt edirlər. Oxumağa davam et

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

AİLƏ ƏLAQƏLƏRİ

İslamda-Evlilik-1SUAL: Nişanlıların evlilikdən əvvəlki sərgüzəştlərini və əlaqələrini bir-birinə danışmamağa haqları vardırmı?

CAVAB: Əgər evliliklərindən əvvəlki sərgüzəştləri və əlaqələri bir-birinə danışmağı şərt etsələr, bu şərtə əməl etmək vacibdir. Əgər şərt etməsələr, heç birinin şəri baxımdan digərinin keçmişi ilə maraqlanma fikrində olmağa haqqı yoxdur. Hərçənd ki hər iki tərəfə lazımdır ki, qarşılıqlı etimad əsaslarını möhkəmləndirsinlər və bu əsasların möhkəmlənməsinə və müştərək həyatın sabitləşməsinə təsir edən işlər haqqında söhbət etsinlər. Oxumağa davam et

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

tesettur_giyim45e5ir45wwq SUAL: Qadının kişi qohumları ilə mehriban davranması və zarafat etməsi icazəlidirmi?

CAVAB: Əgər bu onun ərinə pis təsir edirsə və qəlbində xəstəlik olan şəxslərin ona tamah salmasına səbəb olursa, yaxud normal həddi aşırsa, icazəli deyil.

SUAL: Siz artıq qadınların şalvar geyinməsinə icazə vermisiniz. Artıq şalvar qadınlar və kişilər üçün ümumi bir paltara çevrilmişdir. Bədəni örtmədən onun geyinilməsi icazəlidirmi? Oxumağa davam et

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

QADININ BƏZƏNMƏSİ

Qadinin bezenmesiSUAL: Qadının başqalarının nəzərini cəlb etməyən qolbaq üzük taxması icazəlidirmi?

CAVAB: “Mömin qadınlara de ki, … zinətlərini izhar etməsinlər (yəni açmasınlar), lakin o zinətlərdən zahir olanı istisnadır. …” (“Nur”, 31) ayəsindən belə başa düşürük ki, bədənin zahiri üzvlərinə (üzə və əllərə – X.Q.) zinət geyinmək icazəlidir. Yəni üzük taxmaq və s. zinətlərdən istifadə etmək icazəlidir. Bir şərtlə ki, bu zinətlər şəhvani hissləri hərəkətə gətirməsin.

SUAL: İslami hicabın həddi nədir?

CAVAB: Hicabın həddi iki xətt üzərindədir: bədənin örtülməsi və açıq-saçıq olub bəzənməmək. Oxumağa davam et

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

ÖVLADLIĞA GÖTÜRMƏYİN ŞƏRİ HÖKMÜ

cocukkkİslam dini nəsəb (nəsil, əcdad silsiləsi) mövzusu ilə geniş maraqlanmışdır, çünki onun miras, nəfəqələr (yaşamaq üçün lazım olan pul və ya şey), qohumluq və bunlardan başqa aid olan hərtərəfli müfəssəl məsələlər kimi şəri nəticələri vardır. Müasir dövrdə də övladı olmayan insanların övladlıq götürmələri barədə çox eşidirik. Bununla bağlı başqa məsələlər də vardır ki, bu barədə şəriətin rəyini bilmək maraqlı və vacibdir. Oxumağa davam et

QADIN VƏ AİLƏ ZORAKILIĞI

ƏLLAMƏ SEYİD ƏLİ FƏZLULLAHLA

 “QADIN VƏ AİLƏ ZORAKILIĞI” MÖVZUSUNDA DİALOQ  

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

PROBLEMLƏRİN AİLƏ DAXİLİNDƏ HƏLL EDİLMƏSİ ZƏRURİDİR

zorakılıq2Ailə zorakılığı məfhumu son vaxtlar ortaya atılmış bir mövzudur və bu mövzu ətrafında mübahisələr günü-gündən artmaqdadır. Ələlxüsus da medianın kişi ağalığı adlandırdığı bu mövzu ilə bağlı hay-küy getdikcə çoxalır. Hətta bu anlayış qanun və şəriət baxımından bir çox informasiya vasitələrinə də təsir etməkdədir. Biz də öz növbəmizdə bu məsələni işıqlandırmağı münasib gördük və Əllamə Seyid Əli Fəzlullaha bu barədə bir çox suallarla müraciət etdik. Oxumağa davam et