Tag Archive | imam huseyn

İMAM HÜSEYNİN HƏYATINDA İLAHİ EŞQ VƏ ƏXLAQ

cennetTarixə qanla yazılmış “Aşura” hadisəsi bu hadisənin yaranmasında öz qəhrəmanlığı ilə tanınan Həzrət Hüseyn (ə)-ı bir mübariz insan kimi yaddaşlara həkk etdi. Hətta Həzrət Hüseyn (ə) insanların nəzərində o qədər mübariz və mücahid kimi tanındı ki, digər üstün xüsusiyyətlər və əxlaqi keyfiyyətlər yaddan çıxdı. Lakin İmamın digər əxlaqi xüsusiyyətləri, haqqı tanımaqda aydın düşüncəyə malik olan elm əhlinin yaddaşlarından silinib getmədi, əksinə bu xüsusiyyət və eşqin sahibinin bu şəkildə acınacaqlı ölüm və dəfni onların düşmənlərinə nifrət hissini daha da gücləndirdi.   Oxumağa davam et

KƏRBƏLA QİYAMININ QISA TARİXİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bütün həmdlər Allaha – aləmlərin Rəbbinə məxsusdur! 

Allahın salamı və rəhməti Onun Peyğəmbəri Həzrət Mühəmməd (s)-ə, onun pak və təmiz Əhli-Beytinə, seçilmiş əshabələrinə və Allahın göndərdiyi bütün peyğəmbərlərə olsun! 

gulHicrətin 60-cı ilinin rəcəb ayında Müaviyənin ölümündən sonra oğlu Yezid xilafətə keçdi. Lakin Müaviyənin İslama qarşı münasibəti Yeziddən tamamilə fərqli idi. Müaviyə sırf dünyapərəst bir mövqe seçmişdi və o, dini məsələlərə çox etinasız yanaşırdı. Lakin buna baxmayaraq, zahirdə islami meyarlara riayət edirdi. Yezid isə Quran və Peyğəmbər (s) Sünnəsinin qanunlarını nəinki pozmaqla kifayətlənmir, açıq-aşkar dinin əsaslarını məsxərəyə qoyurdu. Vaxtını eyş-işrət, tar-kaman və musiqiyə sərf edərək meymun və it ilə əylənirdi. Yezid İslam hökumətində ilk hakim idi ki, çəkinmədən açıq şəkildə xalq arasında şərab içir, ən iyrənc və murdar cinsi pozğunluqlarla məşğul olurdu. Oxumağa davam et