Tag Archive | kerbela

KƏRBƏLA QİYAMININ QISA TARİXİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bütün həmdlər Allaha – aləmlərin Rəbbinə məxsusdur! 

Allahın salamı və rəhməti Onun Peyğəmbəri Həzrət Mühəmməd (s)-ə, onun pak və təmiz Əhli-Beytinə, seçilmiş əshabələrinə və Allahın göndərdiyi bütün peyğəmbərlərə olsun! 

gulHicrətin 60-cı ilinin rəcəb ayında Müaviyənin ölümündən sonra oğlu Yezid xilafətə keçdi. Lakin Müaviyənin İslama qarşı münasibəti Yeziddən tamamilə fərqli idi. Müaviyə sırf dünyapərəst bir mövqe seçmişdi və o, dini məsələlərə çox etinasız yanaşırdı. Lakin buna baxmayaraq, zahirdə islami meyarlara riayət edirdi. Yezid isə Quran və Peyğəmbər (s) Sünnəsinin qanunlarını nəinki pozmaqla kifayətlənmir, açıq-aşkar dinin əsaslarını məsxərəyə qoyurdu. Vaxtını eyş-işrət, tar-kaman və musiqiyə sərf edərək meymun və it ilə əylənirdi. Yezid İslam hökumətində ilk hakim idi ki, çəkinmədən açıq şəkildə xalq arasında şərab içir, ən iyrənc və murdar cinsi pozğunluqlarla məşğul olurdu. Oxumağa davam et