Tag Archive | loren but

LOREN BUT

Loren“Mən bir il əvvəl yenə də jurnalist kimi İrana getməli oldum. Həmin vaxt “Bibi-Fatimə” məscidini də ziyarət etdim. Dəstəmaz aldım – bunun qaydasını bilirdim – başıma örpək atdım və ilk dəfə Allah adına dua etdim: “Ey Allahım, mən heç nə istəmirəm, hər şeyim var. Bu gəlişimə görə də Sənə minnətdaram, amma Fələstin xalqına yardım et!” Sonra bu izdihamlı məsciddə bir yer tapıb oturdum. Yanımda bir qadın körpəsini yedirirdi, bu ziyarətçilərin arasında, uşaqların səs-küyləri içərisində içimə bir sakitlik çökmüşdü. Əvvəllər heç vaxt hiss etmədiyim bir hüzur vardı daxilimdə. İlk dəfə olaraq başımda səslər, qarışıq fikirlər yox olmuşdu, uşaq kimi sevinc hissləri keçirirdim. O gün bu vəziyyətdə xeyli orada qaldım və mənə elə gəldi ki, kainatda da həyat eyni ilə belədir. Birdən bir neçə qadın mənə yaxınlaşıb çiynimi qucaqladı və farsca: “Səni çox sevdik”, – deyə bildirdilər. Rəfiqəm Naciyədən soruşdum: “Burada həmişə belə olur?” O: “Yox, deyəsən, burada nəsə baş verir”, – deyə cavab verdi. Oxumağa davam et