Tag Archive | ramazan orucu

PEYĞƏMBƏRİN XÜTBƏSİ

Şeyx Səduq mötəbər bir sənədlə İmam Rzadan, onun atalarından və Həzrət Əlidən (ona və övladlarına salam olsun!) rəvayət edir: “Peyğəmbər bir gün bizə xütbə söylədi və dedi: “Ey insanlar! Həqiqətən, Allahın ayı bərəkət, rəhmət və məğfirətlə (bağışlanma) sizə tərəf gəlməkdədir. O, Allah yanında ayların ən fəzilətlisidir. Onun günləri günlərin, gecələri gecələrin və saatları isə saatların ən fəzilətlisidir. O elə bir aydır ki, siz o ayda ilahi ziyafətə (qonaqlığa) dəvət olunmuş və ilahi kəramətdən faydalananların (övliyaların) zümrəsində qərar tutmusunuz. O ayda nəfəsləriniz təsbih (dua), yuxunuz ibadət, əməliniz məqbul və duanız isə müstəcabdır (qəbuldur). Buna görə də sədaqətdolu niyyətlər və pak qəlblərlə Rəbbinizdən oruc tutmaq və Quran oxumaqda sizə müvəffəqiyyət verməsini istəyin, çünki bu böyük ayda ilahi məğfirətdən (bağışlanmadan) məhrum olan şəxs, həqiqətən, bədbəxtdir. Bu ayda ac-susuz qalmaqla qiyamət gününün aclığını və susuzluğunu xatırlayın! Fəqirlərinizə və miskinlərinizə sədəqə verin, böyüklərinizə ehtiram edin, kiçiklərinizə qarşı mərhəmətli olun, qohumlarınızla əlaqə yaradın, dilinizi qoruyun, baxılması halal olmayan şeydən gözlərinizi və qulaq asılması halal olmayan şeydən isə qulaqlarınızı qoruyun! Camaatın yetimlərinə rəhm edin ki, sizin də yetimlərinizə rəhm etsinlər. Günahlarınızdan Allaha tövbə edin və namaz vaxtlarında dua ilə əllərinizi Ona tərəf qaldırın, çünki o vaxtlar saatların ən fəzilətlisidir ki, Allah-Taala o vaxtlarda Öz bəndələrinə rəhmətlə baxar, bəndələr öz sirlərini Ona bildirdikdə onlara cavab verər, Onu çağırdıqlarında onlara “Ləbbeyk” (“Nə əmriniz var? Əmrinizə hazıram”) – deyər və Ona dua etdiklərində onlara cavab verər. Oxumağa davam et

RAMAZAN ORUCU HAQQINDA FİTVALAR

Oruc Allah-Taalanın vacib buyurduğu əməllərdəndir. Onun həm fərd, həm də cəmiyyət üçün böyük faydaları vardır. Allah-Taala orucu müsəlman ümmətinə vacib etdiyi kimi, İslamdan qabaq başqa ümmətlərə də vacib buyurmuşdur. Bu onun çox əhəmiyyətli ibadət olmasını göstərir. Allah-Taala “Bəqərə” surəsinin 183-cü ayəsində buyurur: “Ey iman gətirənlər! Təqva sahibi olasınız deyə (yəni yasaq olunmuş şeylərdən qorunasınız deyə) oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə vacib edildi! Oxumağa davam et