Archive | Avqust 2014

MACARISTANLI AİŞƏNİN İMAN TARİXÇƏSİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

AishaAdım Aişədir, özüm Şimali Macarıstandanam. İslam dini haqqında orta məktəbdə tarix dərslərində məlumat almışdım. Belə ki, Macarıstan 150 il Türkiyənin işğalı altında olub.

Məktəbi bitirdikdən sonra mən molekulyar biologiyanı öyrənmək üçün universitetə qəbul oldum və orada bir çox əcnəbi müsəlman tələbələrlə rastlaşdım. Mənim üçün həmişə maraqlı idi ki, niyə müsəlmanlar öz dinləri ilə fəxr edir. Katolik olsam da, dinimə aid bəzi şübhələrim var idi. Oxumağa davam et

MTV–DƏN MƏKKƏYƏ

Kristian BeykerKristian Beyker 1990-cı illərdə Avropanın ən məşhur telekanallarından biri olan MTV-nin ilk və öndə gedən aparıcılarından biri idi. Həm musiqi dünyasının nümayəndələri, həm də pərəstişkarlar üçün o, sanki bir ikona idi. Onu hər yerdə axtarır, hər zaman izləyirdilər. Buna baxmayaraq, şöhrətinin ən parlaq vaxtlarında belə Kristian daxilində bir boşluq hiss edirdi. Oxumağa davam et

İSLAM CƏMİYYƏTİNDƏ QADININ ROLU (ÜÇÜNCÜ HİSSƏ)

İSLAMİ TƏBLİĞ

20461_317004330830_6840426_nMüsəlman qadınlar İslam dinini çox yaxşı başa düşüb həyat tərzinə çevirsinlər deyə bu əqidəni digər insanlara da çatdırmaq üçün üzərlərinə düşən vəzifəni yerinə yetirmiş və bu yoldakı sıxıntılara Allah üçün qatlanmışdılar. Əshabə xanımlar bu cəhətdən mühüm olan nə varsa, onlardan istifadə edərək bir çox insanları İslamla şərəfləndirə bilmişlər. Oxumağa davam et

İSLAM CƏMİYYƏTİNDƏ QADININ ROLU (İKİNCİ HİSSƏ)

MÜSİBƏT VƏ ÇƏTİNLİK ZAMANINDA SƏBİR ETMƏK

VƏ SAVABINI ALLAHDAN GÖZLƏMƏK

images (3)Allah (c.c) bu dünyada istər qadın olsun, istər kişi olsun, bütün qullarını müsibət və çətinliklərlə imtahan edir. Bu imtahanlarda müvəffəqiyyət qazanmaq ancaq bunların Allahdan gəldiyini bilib səbirlə qarşılamaqla mümkündür. İmtahanlara (sınaqlara) səbir etmək imanın açıq bir göstəricisidir. Allaha səmimiyyətlə bağlanmış xanım əshabələrin həyatları haqqında oxuduqda ən dəyərli varlıqlarını itirmək kimi müsibətlə qarşılaşdıqda belə bunu böyük bir səbir və mətanətlə qarşılayıb mükafatını Allahdan gözlədiklərini görürük. Oxumağa davam et

İSLAM CƏMİYYƏTİNDƏ QADININ ROLU (BİRİNCİ HİSSƏ)

musluman anneİslam cəmiyyətində qadınlar da kişilərlə bərabər həyatın hər bir sahəsində fəaliyyət göstərir, əhəmiyyətli rola malikdir. Hətta bəzi məsələlərin həllində qadınlar kişilərdən daha önəmli çıxış edirlər.

İslam dünyasında xanım əshabələr bu vəzifələrini mükəmməl şəkildə yerinə yetirdikləri üçün “Səadət dövrü” adlanan o mükəmməl dövr və “Səadət nəsli” deyilən o nümunəvi nəsil meydana gəlmişdir. Oxumağa davam et

AVROPA, YOXSA BİZ

sekil 222Bir neçə il əvvəl adını çəkmək belə istəmədiyim bir “elm adamı”, “alim” “Avropa və biz” adlı cızma-qara yazısında bütün çirkinliklərin mənbəyi kimi Müsəlman Şərqini, bütün gözəllik və uğurların vətəni olaraq isə xristian Avropasını göstərirdi. Azərbaycanda ziyalı olmaq, qələm sahibi olmaq dedikdə, öz xalqının bütün milli-mənəvi dəyərlərinə lağ etmək, alçaltmaq başa düşüldüyünü söyləməyə ehtiyac yoxdur. Oxumağa davam et