Archive | Avqust 2014

MİRİAM FRANSUAZA SYERRA

217150_160711080655885_18218_n11 sentyabr 2001-ci ildə ABŞ təbliğat maşınının ssenarisi ilə araya-ərsəyə gətirilən tragikomediyanın təsiri ilə milyonlarla şüurların İslam əleyhinə kökləndiyi bir vaxtda öz çevrəsində çox məşhur bir aktrisa Miriam Fransuaza Syerra müsəlmanlığı qəbul etdi. Bu hadisənin mətbuatda, telekanallarda İslam üçün qara piarlarla müzakirə olunduğu o dövrdə Miriam da öz müsəlman dostlarını “doğru yola” gətirmək üçün ciddi fəaliyyətə başlamışdı. Yeni müsəlman olmuş rəfiqələrini dünya filosoflarının fikirləri, İslam tarixi haqqında qərbdə yayğın stereotiplərlə dünyəviliyə səsləyir, Oxumağa davam et

ANCELA KOLİNS

angela-collins-_110706001108-804Amerikalılara xas olan sarışın saçlı, mavi gözlü Ancela dəhşətli 2001-ci il 11 sentyabr hadisələrini gördükdən sonra İslam dinini qəbul edib. O, İslamı qəbul etmiş digər əcnəbilər kimi bu dini öyrəndikdən sonra başqalarının bu barədə olan fikirlərindən və medianın İslamı yanlış tanıtdırmasından fərqli olaraq İslamın hüzur (əmin-amanlıq) və xoşbəxtlik dini olduğunu anlayır. Hal-hazırda o, müəllimdir və Cənubi Kaliforniyada özəl bir müsəlman məktəbində direktor vəzifəsində işləyir. Oxumağa davam et

AZAN NİDALARI EŞİDİLİRSƏ, BURA VƏTƏNDİR!

IslamNədir bizim üçün vətən? Coğrafi xətlərlə sərhədlənmiş torpaqdırmı, yoxsa yaşamaq üçün qeydiyyatında olduğumuz bir məkan? Doğrudanmı, ölməyə yaxşı yer və ya güzəranımızın gözəl keçdiyi hər bir ərazidir vətən? Bu qloballaşan və pulun bütə çevrildiyi indiki dünyamızda bu kimi suallar hər bir insanı maraqlandıra bilər, xüsusilə torpaqlarını və igid oğullarını itirmiş Azərbaycan kimi ölkələrin vətəndaşları üçün daha da aktualdır bu məsələ. Oxumağa davam et

KİÇİK GÜNAHLARDAN ÇƏKİNMƏK

imagesHz. Aişə deyir: “Rəsulullah (s) mənə belə buyurdu: “Ey Aişə, gözə görünməyən, ilk baxışda əhəmiyyətsiz hesab edilən hər cür günahlardan çəkin! Çünki bu günahlar üçün Allah tərəfindən vəzifələndirilmiş bir məmur vardır. Əgər kiçik saydığın günahlar insanla bir araya gələrsə, onu məhv edər. Eyni ilə çöllükdə yaşayıb yanına qövmün işçiləri gələn bu şəxs kimi; o şəxs və başqaları odun daşıyıb üst-üstə yığarlar və bir qalaq meydana gətirərlər. Qəflətən qalaqlanmış odunu yandırarlar və çöldəki bütün canlıları yox edərlər”[1] Oxumağa davam et

İNQRİD MATSON

“Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. …” (“İsra”; 15)

ingridMattson3Ontarioda Vaterlo Universitetində təhsil almış İnqrid Matson fəlsəfə və təsviri incəsənət elminə yiyələnmiş və katolik olaraq böyümüşdür. O, hələ kollecdə təhsil aldığı zaman Parisə gedir və orada olarkən Seneqallı müsəlmanların haqqını müdafiə edir. Artıq bir ildən sonra Matson İslamı qəbul edərək hicab geyinir.

O, 1987-ci ildə Pakistana səyahət edir və bir il əfqan köçkünləri ilə birlikdə  işləyir. Orada misirli mühəndis Amer Ətək adlı könüllü bir əsgərlə ailə həyatı qurur. Xanım Matson hal-hazırda Hartford Seminariyasında İslami Tədqiqat və Xristian-Müsəlman Əlaqələri üzrə professordur. Oxumağa davam et

QURAN NURUNA MƏĞLUB OLAN MİSSİONER RUHU

melisa_kokins-300x150Bu gün hər hansı bir İslam düşməninə məşhur bir avropalının, yaxud təhsilli bir amerikanlının İslamı qəbul etdiyini söylədikdə çiyinlərini çəkərək: “Nə olsun, baxın görün Afrikanın müsəlman ölkələrində gündə nə qədər adam xristianlığı qəbul edir”, – deyər və hər zamankı kimi mövzunun yönünü dəyişər. Bu, bütün islamofobların, yəni bütün həyatlarını İslam prinsipləri ilə mübarizəyə həsr edən zavallıların ortaq fikirləridir. Onlarla heç vaxt mövzuya uyğun şəkildə, təəssübkeşliyə yol vermədən, sağlam arqumentlərə əsaslanaraq söhbət etmək mümkün olmur, Oxumağa davam et