DƏNİZ MƏHSULLARI VƏ ŞƏRİ RƏY

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

DƏNİZ MƏHSULLARI VƏ ŞƏRİ RƏY

balik_surusuÇoxları bəzi balıqların, yaxud ümumən dəniz məhsullarının, yaxud onlardan çaylarda yaşayanların yeyilməsinin şəri hökmü haqqında soruşurlar. Bir çox fəqihlərdən bu məsələlər haqqında soruşulmuş və onların bu barədə xüsusi fikirləri olmuşdur. Nəzərə alsaq ki, mövzu insanların gündəlik məsələsidir, yəni yeməklə bağlıdır, bu zaman mövzunu işıqlandırmaq və şəri hökmlər haqqında tanışlıq əldə etmək daha zəruri hesab olunur.

Mövzu barəsində öz söhbətində İslamın böyük dini rəhbəri Seyid Mühəmmədhüseyn Fəzlullah deyir: “Dənizlərin, yaxud çayların sularında yaşayan bütün balıqların və digər su heyvanlarının yeyilməsi icazəlidir. İstər onun pulcuğu olsun, istərsə də olmasın. Bir şərtlə ki, zərərli olmasın və ovlandıqdan sonra suyun xaricində ölmüş olsun. …”

Fikrinin davamı olaraq əlavə edir: “… Lakin insan üçün əhəmiyyətli zərərin yaranmasına səbəb olan balıqlara gəlincə onlar bu cəhətdən (yəni zərərli olduqları üçün) haramdır. Həmçinin biz diqqəti omar[1] kimi bəzi dəniz məhsullarına doğru çəkmək istəyirik. Belə ki, o (yəni omar), ovlandıqdan sonra diri olduğu halda qaynadılmış suyun içinə qoyulur və o suyun içində ölür. Onun bu baxımdan yeyilməsi halal olmur. Əksinə, ovlandıqdan sonra ikinci dəfə suya qoyulmadan ölməsi üçün yeni bir yol axtarıb tapmaq lazımdır. …”

Seyid onu da qeyd edir ki: “… Dəniz xərçəngi, qurbağa, timsah və onlara bənzər heyvanlar kimi amfibiyalara (suda-quruda yaşayanlara) gəlincə qurbağa və timsah kimi quruda yaşaması suda yaşamasından daha çox olarsa, onun yeyilməsi halal deyildir. Əgər suda yaşaması daha çox olarsa, su heyvanı hesab olunar və müəyyən bir müddət quruda qalmasının heç bir zərəri yoxdur. Və belə bir heyvanın yeyilməsi də halaldır”.

Mövzudan geniş bəhs edərək Seyid bu barədə şəri həssaslıqları daha da geniş şərh edərək deyir: “Bu barədə Quran-kərimdə deyilənlər ümumidir. Dənizdə yaşayanların halallığı barədə danışan ayələr belədir: “Sizə və müsafirlərə bir fayda olsun deyə dəniz ovu və onu yemək sizə halal edildi. Ehramda olduğunuz müddətdə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun!”[2] Rəvayətlər isə ziddiyətlidir. Bəziləri pulcuğu oldu-olmadı dənizdə yaşayan balığı halal bilir, bəziləri isə haram. On iki imamçı şiə fəqihləri rəvayətlərdəki ziddiyyəti bir çox yollarla həll etməyə çalışmışlar. O yollardan biri budur ki, halallığa dəlalət edən rəvayətləri təqiyyəyə aid etmiş və onunla uyğunlaşdığı çıxarışını etmişlər və haramlığa dəlalət edən rəvayətləri isə gerçək hökmün bəyan olunmasına aid etmişlər. O yollardan biri də budur ki, zahiri haramlığa dəlalət edən rəvayətləri kərahətə (məkruhluğa) aid etmişlər. O yollardan biri də budur ki, haram fikri rəvayətlərin cəm olunmasının tələbidir. …”

Seyid sonra yenə əlavə edir: “… Biz Kitaba müvafiq olan və mübahlığa və halallığa dəlalət edən rəvayətləri önə çəkirik, çünki rəvayətlər arasında ziddiyyətin sabit olması və heç bir vəchlə onların cəm edilməsinin (birləşdirilməsinin) mümkün olmaması ilə Kitaba müvafiq olanın əxz edilməsi onların (rəvayətlərin) təqiyyəyə aid edilməsindən önə çəkilməlidir. Belə olduqda Kitabın ümumilərinə müraciət etmək labüddür və halallığa və mübahlığa da hökm verilməlidir”.

Seyid sonra bildirir ki: “… Şəhid Sani, Mühəqqiq Helli, Mühəqqiq Səbzvari və Müqəddəs Ərdəbili kimi bəzi fəqihlərimiz bildirmişlər ki, rəvayətləri kərahətə aid etmək daha qüvvətli görüşdür. Bu fikir Şeyx Tusinin tələbəsi Qazidən də nəql olunmuşdur. Halallıq hökmü pulcuğu olan balıq olmasa da, dəniz heyvanına şamil edilir. …”[3]

Bəzi fəqihlər belə hesab edir ki, dəniz heyvanlarından pulcuğu olanların yeyilməsi icazəlidir, pulcuğu olmayanların yeyilməsi isə icazəli deyil.

İmam Xomeyni “Təhrirül-Vəsilə”də belə fitva verir: “Dəniz heyvanlarından yalnız balıq və quş yeyilə bilər. Dəniz heyvanlarının başqa növlərinin yeyilməsi haramdır, hətta qüvvətli görüşə əsasən onun kimi quruda yaşayanı yeyilsə də belə. Məsələn, dəniz inəyi”[4].

Hənəfilər xaric sünni fəqihlərinin əksəriyyəti dənizdə yaşayan bütün heyvanların yeyilməsinin halal olduğunu demişlər. İstər balıq olsun, istərsə də başqa heyvan, istər diri olsun, istərsə də ölü. Hətta suyun üzünə çıxmış halda (yəni ölüsü) tapılsa da, yeyilməsi halaldır. İstər pulcuqlu olsun, istərsə də pulcuqsuz. Digər dəniz heyvanlarının da halal olduğunu demişlər. Hətta begemot, su burağanı, suiti, sudonuzu, həmçinin dəniz xərçəngi və ona oxşar, onlardan başqası kimi balıq hesab edilməyən su heyvanlarının halal olmasına və yeyilməsinə fitva vermişlər. Beləliklə, onların qəbul etdikləri qayda belədir: “Bütün dəniz heyvanlarının yeyilməsi halaldır!”

Hənəfilər isə bu qənaətdədirlər ki, dəniz heyvanlarından yalnız balığın yeyilməsi icazəlidir. Bir şərtlə ki, ölü vəziyyətdə dəniz suyunun üzünə çıxmış olmasın. İstər onun ölümü təbii olsun, istərsə də başqa bir səbəbə görə olsun. Pulcuğu olub-olmamasından asılı olmayaraq bütün balıq növlərinin yeyilməsi icazəlidir. Sudan diri tutulan balıq mütləq olaraq halaldır.

ŞƏRHLƏR

pygocentrus-nattereri_dinosoria_comPirana balığı, köpəkbalığı, oktabod (səkkizayaqlı, sümüksüz və uzun ayaqlı dəniz heyvanı), meduza və dəniz iblizi (istridyə, ostreoida dəstəsindən molyusk növü) və sair qida kimi yeyilməsi barədə düşünmək belə mümkün olmayan dəniz canlıları vardır ki, bəzi insanların onları yediklərini və ümumiyyətlə, bəşər övladının hər şeyi, hətta əqrəbləri və timsahları yediyini bilirik. Habelə omar sözün əsl mənasında quruda yaşayan həşəratlara bənzəyir. Həşəratlardakı kimi onların da buynuzları vardır. Dəniz ilanı, dəniz atı və bir çox dəniz canlıları vardır ki, insan onların yeyilməsinin doğru olmadığını düşünür. Quranda bəzilərinin adı qeyd olunmasa da, bizim quruda yaşayan bir çox həşəratlar, ilbiz, şir, ilan və bəzi quş növləri ilə qidalanmağımız icazəli deyil. Belə nəticəyə gəlmək olur ki, yuxarıda adı çəkilən canlılardan başqa digər dəniz canlılarının yeyilməsi icazəli deyil. Ola bilsin ki, burada imamlardan nəql olunmuş rəvayətlər vardır, lakin onlar bizə gəlib çatmamışdır. Hətta pirana balıqlarının, yaxud ilbizə oxşayan dəniz iblizinin yeyilməsinin icazəli olmasını ağıl qəbul edə bilmir. Habelə delfin meymundan da bir qədər artıq zəkaya malikdir. Onun yeyilməsinin icazəli olması çox təəccüblü olardı. Mühüm olan odur ki, səhv olmasına baxmayaraq, insanlar üçün aksiomaya çevrilmiş məsələlərin bəzisini düzəltmək lazımdır. Seyid Fəzlullah bu sahədə böyük işlər həyata keçirmişdir. Lakin yeyilməsi halal olan qidaların qəbul edilməsi ilə bağlı məsələlər bu gün də təhlükəli bir məsələdir, çünki insanlar indi hər bir şeyi yeməyə başlamışdır. Qida məhsulu kimi siçan və həşəratları, hətta timsah və əqrəbləri yeməyə cürət edənlər vardır.

CAVAB

İslam şəriətinin quruda yaşayan heyvanlardan və quşlardan halal və haram buyurduqları vardır. İslam şəriətinin bir işə icazə verməsi (yəni onu halal etməsi) və onu qadağan etməsi (yəni onu haram etməsi) məsləhət (xeyirli) və fəsad (zərər) etibarı ilədir. Allah-Taala pis əməli və insan üçün münasib olmayan şeyləri qadağan etmişdir, çünki yaratdıqlarını O, daha yaxşı bilir. Dəniz heyvanına gəlincə bu barədə pulcuğu olan balığın halal olması haqqında rəy vardır. Bu barədə içində Seyid Mühəmmədhüseyn Fəzlullahın da olduğu böyük alimlər tərəfindən irəli sürülən başqa bir fikir də vardır. O rəyə əsasən insan üçün zərərli olanlar istisna olmaqla dənizdə yaşayan balıqların, heyvanların və digər dəniz məhsullarının yeyilməsi halaldır. Allah-Taala bu barədə buyurmuşdur: “Dəniz ovu və onu yemək sizə halal edildi. …”[5], “İki dəniz eyni olmaz. Birinin suyu çox şirin, dadlı və içməyə rahat, digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət yeyirsiniz. …”[6], “Təzə ət yeməyiniz…üçün dənizi də sizə ram edən Odur. …”[7] Səhih rəvayətlər (hədislər) də bu fikri təsdiq etməkdədir.

MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ

“Milli Görüş” jurnalı № 1 (2014)

[1] Onayaqlı və irioynaqlı iri dəniz xərçəngi

[2] “Maidə”, 96

[3] Seyidin fitvaları, Seyid M. Fəzlullahın şəri bürosu

[4] “Təhrirül-Vəsilə”,  c. 2, s. 137, “Kitabul-Ətimə vəl-Əşribə”, 1-ci məsələ

[5] “Maidə”, 96

[6] “Fatir”, 12

[7] “Nəhl”, 14

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma