BİDƏT ÇIXARMAQ

Mütəvatir rəvayətlərdə əzab vədəsi verilmiş böyük günahlardan biri də “bidət çıxarmaq”dır. Bidət nədir? Hz. Peyğəmbər və kəramətli əshabələrin dövrlərində görünməyib həyata keçirilməyən, hətta bir bənzəri olmayan və İslam dinində olmadığı bir halda sonradan ortaya çıxan (ələlxüsus, tövqifi ibadətlər barəsində) və ibadət qəbul edilən fikir və əməllərə, Sünnəyə zidd olan davranışlara bidət deyilir.

Dində sonradan ortaya çıxan və haqqında hər hansı bir dəlil olmayan bu kimi vəziyyətlər haqqında Rəsulullah belə buyurmuşdur: Oxumağa davam et

NAMAZI QƏSDƏN TƏRK ETMƏK

Füruüddinin (dinin budaqlarının) birinci maddəsi namazdır. Namaz Allahın bəndələrə vacib etdiyi ibadətlərin ən əhəmiyyətlisidir. Hədisi-şərifdə qeyd olunmuşdur ki, namaz dinin sütunudur, əgər o qəbul olunarsa, insanın digər əməlləri də qəbul olunar, əgər qəbul olunmazsa, insanın digər əməlləri də qəbul olunmaz. Namaz qılan bir şəxsin böyük bir savabı olduğu kimi, onu tərk edən (qılmayan), yaxud ona səhlənkar yanaşan şəxsin də şiddətli əzabı vardır. Oxumağa davam et

NANKORLUQ

Haqqında əzab vədəsi verilən böyük günahlardan biri də nankorluqdur. Quranda onun barəsində əzab vədəsi verilmiş, bir neçə yerdə onun küfr olduğu ifadə edilmiş və onun əvvəlki qövmlərə nazil olmuş əzabın səbəbi olduğu bəyan olunmuşdur. Allah-Taala “İbrahim” surəsinin 7-ci ayəsində buyurur: “Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər küfr (nankorluq) etsəniz, Mənim əzabım, həqiqətən, şiddətlidir!”

“Bəqərə” surəsinin 152-ci ayəsində buyurulur: “Məni zikr edin ki, Mən də sizi yada salım! Mənə şükür edin, Mənə qarşı nankorluq (küfr) etməyin!” Oxumağa davam et

ЗАЯВЛЕНИЕ

ШАРИАТСКИЙ СОСТАВ УЧРЕЖДЕНИЯ ПОКОЙНОГО

РЕЛИГИОЗНОГО ЛИДЕРА АЯТОЛЛЫ СЕЙЙИДА МУХАММАДА

ХУСЕЙНА ФАДЛАЛЛЫ ЗАЯВИЛ: «Воскресенье 25 июня – первый день Священного праздника разговения – Ураза (Рамадан) байрам (Ид аль-фитр)!»

Шариатский состав учреждения Аяталлы Сеййида Фадлаллы определил в своем заявлении первый день месяца шавваль 1438 года хиджры (2017г. по христ. лет.). В заявлении говорится: «Новолуние месяца шавваль 1438 года хиджры родится по христ. летоисчислению в субботу 24 июня 2017 в 02:31 по Гринвичу, то есть в 05:31 по местному времени Бейрута (06. 31 по бакинскому времени). Новолуние можно будет увидеть 24 июня: Oxumağa davam et

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “25 İYUN BAZAR GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət bəyanat vermiş və o bəyanatda h. q. təqvimi ilə 1438-ci il (m. 2017) şəvval ayının başlanğıcını müəyyənləşdirmişdir. Bəyanatda deyilir: Oxumağa davam et

RAMAZAN AYI – İLAHİ TƏQVA ÜZƏRİNDƏ İRADƏNİN TƏRBİYƏ OLUNMASI AYI 

RAMAZAN AYININ ASTANASINDA

Gələcək günlərdə ramazan ayının istiqbalına çıxacağıq. İmam Zeynulabidin əleyhissəlamın dediyi kimi ramazan ayı “İslam və paklıq ayıdır”. Allah Rəsulu da ramazan ayına “Ümmətimin ayı” demişdir. Məqam və dərəcələrlə dolu belə bir ayın istiqbalına çıxdığımız vaxt, islami şəxsiyyətin forması ilə əlaqəli olan amillərin bu ayda tanınmasına çalışmalıyıq. Burada çox mühüm bir nöqtə vardır ki, biz ona diqqət etməliyik. Oxumağa davam et