RAMAZAN ORUCU HAQQINDA FİTVALAR

Oruc Allah-Taalanın vacib buyurduğu əməllərdəndir. Onun həm fərd, həm də cəmiyyət üçün böyük faydaları vardır. Allah-Taala orucu müsəlman ümmətinə vacib etdiyi kimi, İslamdan qabaq başqa ümmətlərə də vacib buyurmuşdur. Bu onun çox əhəmiyyətli ibadət olmasını göstərir. Allah-Taala “Bəqərə” surəsinin 183-cü ayəsində buyurur: “Ey iman gətirənlər! Təqva sahibi olasınız deyə (yəni yasaq olunmuş şeylərdən qorunasınız deyə) oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə vacib edildi! Oxumağa davam et

ЗАЯВЛЕНИЕ (1438-2017)

ШАРИАТСКИЙ СОСТАВ УЧРЕЖДЕНИЯ ПОКОЙНОГО

РЕЛИГИОЗНОГО ЛИДЕРА АЯТОЛЛЫ СЕЙЙИДА МУХАММАДА

ХУСЕЙНА ФАДЛАЛЛЫ ЗАЯВИЛ: «27 МАЯ 2017 ГОДА (1438 ХИДЖРЫ)

СУББОТА – ПЕРВЫЙ ДЕНЬ СВЯЩЕННОГО МЕСЯЦА РАМАДАН!» 

Шариатский состав учреждения Аятоллы Сеййида Фадлаллы, опираясь на основные принципы фикха[1] покойного и точные астрономические подсчеты, объявил первым днем месяца Рамадан 1438 года 27 мая 2017 года, соответствующий шестому дню недели. Таким образом, суббота 27 мая, является первым днем Священного месяца Рамадан. Вечером 26 мая нужно вознамериться соблюдать пост. Oxumağa davam et

BƏYANAT (1438 – 2017)

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “27 MAY ŞƏNBƏ GÜNÜ HİCRİ-QƏMƏRİ TƏQVİMİ İLƏ 1438-Cİ İL (M. 2017) MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq şənbə gününə təvafüq edən 2017-ci il may ayının 27-ni 1438-ci il mübarək ramazan ayının ilk günü elan etmişdir. Beləliklə, 2017-ci il may ayının 27-si şənbə günü mübarək ramazan ayının ilk günüdür. May ayının 26-sı axşam niyyət axşamıdır. Oxumağa davam et

CƏMİLƏNİN (Natalya) İSLAMA GƏLİŞİ

Bəzi insanların İslama gəlişi sevgili Peyğəmbərimizin (Allahın salamı onun və ailəsinin üzərinə olsun!) əshabələrinin həyat tarixçəsinə bənzəyir. Seyid ibn Zeyd deyirdi: “Yəhudilik və xristianlığı öyrəndikdən sonra onlardan imtina etdim, çünki onlara etimad etmədim”. İslamı qəbul edən bacımız Natalyanın əhvalatı isə böyük əshabələrin İslama gəlişi ilə oxşardır. Yazdığı məktubda o belə qeyd edir: “Ümidvaram ki, mənim söylədiklərim kiməsə faydalı olacaq. Mən əminəm ki, bir çox ruslar pravoslavlıqda mənim hiss etdiklərimi hiss edirlər”. Oxumağa davam et

“RƏĞAİB, MERAC VƏ MƏBƏS GECƏLƏRİ BİDƏTİ”

Azərbaycanda və Türkiyədə qəndil gecələri deyə tanınan gecələr təqvim sıralamasına görə rəbiüləvvəl ayının 12-ci və 17-ci gecələri (əhli-sünnəyə görə 12-ci gecə, şiəyə görə isə 17-ci gecə) Mövlud, rəcəb ayının ilk cümə gecəsi Rəğaib, yenə rəcəb ayının 27-ci gecəsi Merac (şiələrin əksəriyyətinə görə Bəsət gecəsi), şəban ayının 15-ci gecəsi Bəraət (müasir türkcədə “Bərat gecəsi/qəndili”) və ramazan ayının 19-cu, 21-ci, 23-cü və 27-ci gecələri olan Qədr və Ehya gecələridir. (Şiələrə görə Qədr gecəsi daha güclü ehtimala görə ramazan ayının 23-cü gecəsinə, əhli-sünnəyə görə isə 27-ci gecəsinə təvafüq edir). Oxumağa davam et

QADININ ƏQLİ KİŞİNİN ƏQLİNDƏN AZDIRMI?! (DAVAMI)

QURANDA QADIN TİMSALI

“Əhzab” surəsində mübariz qadınlar və kişilər haqqında danışarkən Allah-Taala saleh əmələ görə müsbət nəticələrdə kişilərlə qadınlar arasında fərq qoymamışdır. Allah-Taala buyurur: “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, fərclərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlamışdır!”[1] Oxumağa davam et