HƏZRƏT MÜHƏMMƏD (S)-İN HƏYATI HAQQINDA QISA MƏLUMAT

Hz.Mühəmməd (13)Peyğəmbərlərin sonuncusu Həzrət Mühəmməd (s) şəriət və kitab sahibidir və müsəlmanlar da ona iman gətiriblər.

Həzrət Mühəmməd (s) hicrətdən 53 il əvvəl (m. 571-ci il) Hicazın Məkkə şəhərində, ərəblərin böyük soykökə malik və dəyərli Qüreyş qəbiləsindən olan Bəni-Haşim ailəsində dünyaya göz açmışdır.

Atasının adı Abdullah, anasının adı isə Aminə olmuşdur. O, kiçik yaşlarında ikən ata və anasını itirmiş, babası Əbdülmüttəlibin himayəsində böyümüşdür. Oxumağa davam et

YENİ İL ŞƏNLİYİ

YENİ İL ŞƏNLİYİNİN BİZİM DİNİMİZ VƏ

MƏDƏNİYYƏTİMİZ İLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR

скачанные файлыŞəriətin əzildiyi və yaşanmadığı bir ölkədə yaşayırıq. Əcnəbilər bizə aid olan bütün dəyərləri əlimizdən almış və buna qarşılıq ölkəmizə özlərinin əxlaqsız mədəniyyətini gətirmişlər. Bu arada bayramlarımız da onların təcavüzünə məruz qalmış, dini bayramlar unudulmuş, ya da qara bayramlar olaraq qeyd edilməyə başlamışdır. O qədər dəyişmişik ki, artıq onların bayramlarını onlardan daha təntənəli və şən keçiririk. Fitr və Qurban bayramlarının təqvimdə hansı günə təsadüf etdiyini bilmədiyimiz halda, Yeni il bayramına bir ay qabaqcadan çox gözəl şəkildə hazırlaşır, Yeni il gecəsi səhərə qədər yeyib-içir və bununla belə yenə də ağızdolusu İslamiyyətdən və müsəlmançılıqdan danışırıq. Oxumağa davam et

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

ARVADIN EVİ (YƏNİ AİLƏNİ) HİMAYƏ ETMƏSİ

imanSUAL: Qadın nikah kəsilərkən həyatın (yəni ailənin) himayəsinin onun ixtiyarında olmasını şərt edə bilər? Əgər şərt kəsilərsə, kişi bu şərtə riayət etməsə, yaxud o şərti batil (keçərsiz) bilsə, izdivac (nikah) əqdi batildirmi?

CAVAB: Bu şərt iki şəkildə icra edilə bilər. Birinci­si budur ki, ailənin himayə olunmasının arvadın əlində olacağını şərt edirlər. Oxumağa davam et

TANINMAYAN MƏZLUMLAR

Malala-YousafzaiMalala Yusifzay, 16 yaşlı Pakistan vətəndaşı, qadın haqları aktivisti, elm və təhsil hüququnun amansız müdafiəçisi və ən başlıcası – dünya və qərb mediasının sevimlisi, “islamçı terroristlərə mətanətlə sinə gərən qəhrəman müsəlman övladı”, hər kəsin tanıdığı və hər kəsə tanıtdırılan, qüdrətli medianın hər zaman diqqət mərkəzində olan bir qızdır. Və siyahını bir az da uzada bilərik: Pakistanın Milli Sülh mükafatı, Amnesty İnternational Beynəlxalq İnsan Haqları Təşkilatının mükafatı, “Britaniyanın Fəxri” mükafatı, Saxarov və Anna Politkovskaya mükafatları laureatıdır. Oxumağa davam et

AŞURA VƏ BİDƏTLƏR

bidatAllah-Taala bəşəriyyətə sonuncu Peyğəmbər Həzrət Mühəmməd (s)-i göndərmiş və Öz dininin qanunlarını onun vasitəsilə insanlara bəyan etmişdir. İslam dininin bütün qanunları bəşərin cəhalətdən çıxmasına və inkişaf edərək kamil bir cəmiyyətə çevrilməsinə xidmət edir. Allaha iman gətirib və müsəlman olduğunu iddia edən hər bir kəs bu dinin qanunlarına tabe olmalı və onun ziddinə olan hər hansı adət və ənənələrdən uzaq olmalıdır. Ona görə də hər bir müsəlman öz dininin vacib əməllərini tanımalı, hansı işlərin onun dindən çıxmasına səbəb olacağını öyrənib bilməlidir. Oxumağa davam et

İMAM HÜSEYNİN HƏYATINDA İLAHİ EŞQ VƏ ƏXLAQ

cennetTarixə qanla yazılmış “Aşura” hadisəsi bu hadisənin yaranmasında öz qəhrəmanlığı ilə tanınan Həzrət Hüseyn (ə)-ı bir mübariz insan kimi yaddaşlara həkk etdi. Hətta Həzrət Hüseyn (ə) insanların nəzərində o qədər mübariz və mücahid kimi tanındı ki, digər üstün xüsusiyyətlər və əxlaqi keyfiyyətlər yaddan çıxdı. Lakin İmamın digər əxlaqi xüsusiyyətləri, haqqı tanımaqda aydın düşüncəyə malik olan elm əhlinin yaddaşlarından silinib getmədi, əksinə bu xüsusiyyət və eşqin sahibinin bu şəkildə acınacaqlı ölüm və dəfni onların düşmənlərinə nifrət hissini daha da gücləndirdi.   Oxumağa davam et