Avropalılar bütün pislikləri və öldürücü mikrobları ilə materializm dalğasının İslam aləmini bürüməsi üçün var gücləri ilə fəaliyyət göstərdikləri azmış kimi, müsəlmanların fənn və sənətlərdən, elm və texnikadan, yararlı qurum və sistemlərdən məhrum qalıb yararlanmaması üçün də əllərindən gələn hər şeyi etmişlər. Bu cəmiyyət müharibə planını çox yetkin bir şəkildə hazırlamış, siyasi zəkalardan və hərbi üstünlüklərindən yararlanaraq, müvəffəqiyyətlə tətbiq etmişlər. Bu dağıdıcı taktikaları belə ümumiləşdirə bilərik: Oxumağa davam et
Arxivlər
QURANIN DƏYƏRİ[1]
Günümüzdə müsəlman ümmətin Qurana qarşı davranışı bu şəkildədir: Quran-kərim olsa da olar, olmasa da. Ona əməl edilsə də olar, edilməsə də… Hər iki vəziyyətdə də dəyişən bir şey yoxdur. Halbuki Allah-Taala Quran-kərimi möhkəm bir kitab, əhatəli, ümumi bir nizam, dini və dünyəvi məsələləri tənzimləyən bir qanun olaraq nazil etmişdir. Quranın “Fussilət” surəsinin 42-ci ayəsində buyurulur: “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir”. Oxumağa davam et
ƏLLİ İSTƏK
Bu istəklərin giriş hissəsində
aşağıdakı sözlər deyilmişdir:
“Bu istəklərin hər biri tədqiqatçıların bir yerdə aparacaqları incə və geniş araşdırmaları tələb edir. Bununla bərabər bu əlli istək, ümmətin inkişafının bütün şərtləri və ehtiyaclarını əhatə edir. Bu istəklərin yerinə yetirilməsi üçün insanların qarşısında cürbəcür məneələr vardır. Bunları həyata keçirməkdən ötrü böyük səbir və diqqət, qüvvətli və sabit iradə lazımdır. Bütün bunlarla bərabər səmimi olaraq bu işə qərar verilərsə, yol açılar; güclü iradəyə sahib olan bir cəmiyyətin arzu etdiyi hər şeyə qovuşması isə qaçılmaz bir həqiqətdir”. Oxumağa davam et
QURAN ALƏMİNDƏ AİLƏ TƏRBİYƏSİ
Quran həyat Kitabıdır. Ən doğru yolu, metodu, tərbiyə üsullarını və düzgün tədrisi göstərən yeganə Kitabdır. Çünki o, aləmlərin xaliqi olan Allahın kəlamıdır.
Bəs belə olduğu bir halda hal-hazırda bu vəziyyətə düşməyimizi yaradan səbəblər nədən ibarətdir: şəxsiyyətimizin niyə bulanıq olması, ailə quruluşumuzun nə üçün gün keçdikcə qan itirməsi, Qurana inanan insanların çox, lakin Quranı lazımınca həyata keçirənlərin sayının az olmasıdır. Oxumağa davam et
NECƏ İNANIRIQ
Hər şeyin və hər işin Allahın əlində olduğuna, Hz. Mühəmməd (s)-in son və bütün insanlığa göndərilmiş Peyğəmbər olduğuna inanırıq. Xeyir və şər əməllərin axirətdə qarşılığı olduğuna, Quranın Allahın Kitabı olduğuna, İslamın dünya və axirəti əhatə edəcək şəkildə ümumi bir ilahi nizam və qanun olduğuna inanırıq.
İstiqamət, elm və fəzilətin İslamın təməllərindən olduğuna inanırıq. Müsəlmanın işləyib qazanmaqla mükəlləf olduğuna və qazandığı malda məhrumların və ehtiyac sahiblərinin müəyyən bir haqqı olduğuna inanırıq.
Müsəlmanın ailəsinə cavabdeh olduğuna, sağlamlığını və əxlaqını qorumasının vacib olduğuna inanırıq. Oxumağa davam et
İSRAFÇILIQ, YAXUD İSTEHLAK EDƏRƏK MƏHV OLMAQ
İnsan fitri baxımdan təmiz yaradılsa da, lakin bəzi, özünəməxsus xüsusiyyətlərlə doğulur və formalaşır. Yaxşılıq və pislik etmək qabiliyyətləri dünya imtahanı ilə bağlıdır. Bizə iradə azadlığı verən Allah onu hansı yöndə istifadə etməli olduğumuzu peyğəmbərlər vasitəsilə biz insanlara çatdırır. “Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılmışdır?!” (“Qiyamə”, 36) və “Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (“Təkasur”, 8) ayələri ilə insana bütün nemətlərə görə hesab verəcəyi və özbaşına buraxılmadığı bildirilir. Oxumağa davam et