Arxivlər

EŞQBAZLIQ VƏ YA ÇİRKLƏNMİŞ DUYĞULAR

ushaq sevgisiMüasir ifadə ilə desək, nə vaxt İslamın hər hansı qaydasına “dinamit qoyulduğunu” düşünsəm, ağlıma “Siz mütləq sizdən əvvəlki insanların yollarını qarış-qarış, addım-addım gedəcəksiniz, hətta onlar kərtənkələ dəliyinə girsələr belə, siz də onlar kimi o dəliyə girəcəksiniz” (Əbu Səid (r.a), Buxari) hədisi gəlir.

Rəsuli-Əkrəm (s) Allahın izni və uzaqgörənliklə baş verə biləcək təhlükələri bir-bir göstərmişdir. Oxumağa davam et

TƏRBİYƏ OLUNMAQ VƏ TƏRBİYƏ ETMƏKDƏ PRİNSİPLƏR

hasan el-bennaUca Allahı tanımaq fərdi və cəmiyyəti bir vəziyyətdən başqa bir vəziyyətə ötürən dəyişikliyin ən güclü silahıdır. Yalnız Allaha  arxalanmaq həqiqi iman əlamətlərinin ən açıq təzahürüdür. Allahla olan bağlılığınızı ruhlarınızda və əməllərinizdə həqiqətə çevirin. Yalnız ona arxalanın. Allahdan başqa heç kəsdən çəkinməyin və qorxmayın. Səbəblərə sarının. Bundan sonra hasil olacaq nəticələrə nə olursa-olsun, sinə gərin, İslamdan uzaq və həqiqi olmayan vasitəçilərə daraşmaq, məqam və nüfuz sahiblərinin qapılarında gözləmək, gözəl məqsədlərə çirkin milyonlarla çatmağa çalışmaq kimi insanların uzun zamanlar mübah saydıqları şeylərə girişməyin və bunları özünüzə haram edin. Oxumağa davam et

XOŞBƏXTLİYİN ÜNVANI

SABİHA ATEŞ ALPATAilə cəmiyyətin ən kiçik, lakin ən önəmli özəyidir. Belə ki, onun sağlam və xoşbəxt olması, cəmiyyətin də sağlam və xoşbəxt olması deməkdir, çünki xoşbəxt şəxslərdən təşkil olunmuş cəmiyyət “xoşbəxtlik cəmiyyəti” olacaq… Ona görə də bizi özümüzdən qoparmaq istəyənlər avropalaşma uğrunda ailə şüurunu aradan qaldırmaq üçün hər cür cəhd göstərmişlər və hazırkı dövrdə də əllərindən gələni etməkdədirlər… Çox təəssüflər olsun ki, bunun nəticəsində ailə şüurundan uzaq yetişən nəslin sayı sürətlə artır… Ələlxüsus gənclərin bu şüurdan uzaq yetişməsi, mənəviyyatdan məhrum olması düşündürücüdür… Oxumağa davam et

QADIN OLMAQ

imagesİslam dini qadını zinət kimi, çox qiymətli bir varlıq kimi görən yeganə mənbədir, – desək, yanılmarıq. Ustad şair Nəcib Fazil Kısakürəyin də dediyi kimi: “Qadın diri-diri basdırılarkən onu oradan çıxarıb ayaqlarının altına Cənnəti sərən dinin adıdır İslam”. Ana olaraq bir, həyat yoldaşı və övlad olaraq bir başqa şəkildə hüquqları qorunan bu dində qadın həm də müqəddəs, əziz bir varlıq kimi də qorunur, hifz edilir. Oxumağa davam et

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “17 İYUL CÜMƏ GÜNÜ YER KÜRƏSİNİN ŞƏRQ VƏ QƏRB HİSSƏLƏRİNDƏ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Şəvval-1436Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq cümə gününə təvafüq edən 2015-ci il iyul ayının 17-ni 1436-cı il mübarək Fitr bayramı günlərinin ilk günü elan etmişdir. Beləliklə, 2015-ci il iyul ayının 16-sı cümə axşamı günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: Oxumağa davam et

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “18 İYUN CÜMƏ AXŞAMI GÜNÜ YER KÜRƏSİNİN ŞƏRQ VƏ QƏRB HİSSƏLƏRİNDƏ

MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

BƏYANAT2015(1)

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanıb cümə axşamı gününə təvafüq edən 2015-ci il iyun ayının 18-nin 1436-cı il mübarək ramazan ayının ilk günü olduğunu elan etmişdir. Bəyanatda deyilir: Oxumağa davam et