Ailə cəmiyyətin ən kiçik, lakin ən önəmli özəyidir. Belə ki, onun sağlam və xoşbəxt olması, cəmiyyətin də sağlam və xoşbəxt olması deməkdir, çünki xoşbəxt şəxslərdən təşkil olunmuş cəmiyyət “xoşbəxtlik cəmiyyəti” olacaq… Ona görə də bizi özümüzdən qoparmaq istəyənlər avropalaşma uğrunda ailə şüurunu aradan qaldırmaq üçün hər cür cəhd göstərmişlər və hazırkı dövrdə də əllərindən gələni etməkdədirlər… Çox təəssüflər olsun ki, bunun nəticəsində ailə şüurundan uzaq yetişən nəslin sayı sürətlə artır… Ələlxüsus gənclərin bu şüurdan uzaq yetişməsi, mənəviyyatdan məhrum olması düşündürücüdür… Oxumağa davam et
QADIN OLMAQ
İslam dini qadını zinət kimi, çox qiymətli bir varlıq kimi görən yeganə mənbədir, – desək, yanılmarıq. Ustad şair Nəcib Fazil Kısakürəyin də dediyi kimi: “Qadın diri-diri basdırılarkən onu oradan çıxarıb ayaqlarının altına Cənnəti sərən dinin adıdır İslam”. Ana olaraq bir, həyat yoldaşı və övlad olaraq bir başqa şəkildə hüquqları qorunan bu dində qadın həm də müqəddəs, əziz bir varlıq kimi də qorunur, hifz edilir. Oxumağa davam et
BƏYANAT
MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “17 İYUL CÜMƏ GÜNÜ YER KÜRƏSİNİN ŞƏRQ VƏ QƏRB HİSSƏLƏRİNDƏ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”
Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq cümə gününə təvafüq edən 2015-ci il iyul ayının 17-ni 1436-cı il mübarək Fitr bayramı günlərinin ilk günü elan etmişdir. Beləliklə, 2015-ci il iyul ayının 16-sı cümə axşamı günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: Oxumağa davam et
ÜZGÜÇÜLÜK, BAŞI BÜTÜNLÜKLƏ SUYA BATIRMAQ … VƏ ORUC
Yay fəslində insanlar üzgüçülüyə meyil edir və bir çox su idmanları ilə məşğul olurlar. Üzgüçülük, dalğıclıq və s. bu idman növlərindəndir. Bəzi insanlar isə mübarək ramazan ayında üzgüçülükdən dərs deyirlər. …
Üzgüçülük mövsümü bu müqəddəs aya təvafüq etdiyi üçün üzgüçülüklə oruc tutmağın hökmü haqqında soruşurlar; bu, orucun batil olması ilə nəticələnir? Oxumağa davam et
HAMİLƏ QADIN VƏ ORUC TUTMAĞIN HÖKMÜ
Hamilə qadınlar mübarək ramazan ayında oruc tutmaları barədə soruşurlar. Ramazan ayında orucu yemələrinə icazə verilirmi? Bu barədə şəri hökmlər nədir?
Mövzunu işıqlandırmaq üçün bir çox alimlərin bu həssas məsələ ilə bağlı rəylərinə müraciət edəcəyik. Bu həssas məsələ mübarək ramazan ayında hamilə qadınların qarşılaşdığı bir məsələdir. Oxumağa davam et
İNSULİN VURMAQ VƏ ORUC
İndi şəkər xəstəliyi barədə az-çox məlumatı olmayan və bu xəstəlik haqqında eşitməyən yoxdur. Belə ki, bu xəstəlik həm böyüklərə, həm də kiçik yaşlı uşaqlara, hər kəsə sirayət etmişdir. Çox geniş yayılmışdır. Xəstələr içərisində insulin qəbul edənlər də vardır. Bu, onların orucunu pozurmu?
Bəziləri soruşur ki, həkim yeməkdən yarım saat əvvəl insulin qəbul etməyi göstəriş verdiyi üçün iftardan yarım saat əvvəl insulin qəbul etmək olar? Oxumağa davam et