Bu gün hər hansı bir İslam düşməninə məşhur bir avropalının, yaxud təhsilli bir amerikanlının İslamı qəbul etdiyini söylədikdə çiyinlərini çəkərək: “Nə olsun, baxın görün Afrikanın müsəlman ölkələrində gündə nə qədər adam xristianlığı qəbul edir”, – deyər və hər zamankı kimi mövzunun yönünü dəyişər. Bu, bütün islamofobların, yəni bütün həyatlarını İslam prinsipləri ilə mübarizəyə həsr edən zavallıların ortaq fikirləridir. Onlarla heç vaxt mövzuya uyğun şəkildə, təəssübkeşliyə yol vermədən, sağlam arqumentlərə əsaslanaraq söhbət etmək mümkün olmur, Oxumağa davam et
Arxivlər
LOREN BUT
“Mən bir il əvvəl yenə də jurnalist kimi İrana getməli oldum. Həmin vaxt “Bibi-Fatimə” məscidini də ziyarət etdim. Dəstəmaz aldım – bunun qaydasını bilirdim – başıma örpək atdım və ilk dəfə Allah adına dua etdim: “Ey Allahım, mən heç nə istəmirəm, hər şeyim var. Bu gəlişimə görə də Sənə minnətdaram, amma Fələstin xalqına yardım et!” Sonra bu izdihamlı məsciddə bir yer tapıb oturdum. Yanımda bir qadın körpəsini yedirirdi, bu ziyarətçilərin arasında, uşaqların səs-küyləri içərisində içimə bir sakitlik çökmüşdü. Əvvəllər heç vaxt hiss etmədiyim bir hüzur vardı daxilimdə. İlk dəfə olaraq başımda səslər, qarışıq fikirlər yox olmuşdu, uşaq kimi sevinc hissləri keçirirdim. O gün bu vəziyyətdə xeyli orada qaldım və mənə elə gəldi ki, kainatda da həyat eyni ilə belədir. Birdən bir neçə qadın mənə yaxınlaşıb çiynimi qucaqladı və farsca: “Səni çox sevdik”, – deyə bildirdilər. Rəfiqəm Naciyədən soruşdum: “Burada həmişə belə olur?” O: “Yox, deyəsən, burada nəsə baş verir”, – deyə cavab verdi. Oxumağa davam et
İORDANİYA KRALİÇASI KVİN NUR
CNN telekanalına verdiyi müsahibədə Kvin Nur belə deyib: “Mən dünyada ən kasıb və konflikt yaranan ölkələrdə şahid olmuşam ki, fəqirlik, durğunluq və ətalətdən qurtulmağın səbəbkarı qadınlardır. Bombasız, gülləsiz, yəni həqiqi təhlükəsizliyin təmin olunmasına kömək edə bilən də məhz qadınlardır”.
Uzun illər Kral Hüseynin yoldaşı İslam cəmiyyətində səmimi, açıqsözlü və əzmkar bir qadın kimi tanınıb.
1974-cü ildə Kvin Nur Prinston Universitetinin ali kursunu şəhər planlaşdırma və memarlıq dərəcəsi ilə bitirib. Oxumağa davam et
O AZAN MƏNİM ÜÇÜN SƏSLƏNDİ
Bu gün bütün dünyada, o cümlədən də bizim ölkəmizdə kütləvi “ulduz” istehsalı yüksələn xətt üzrə inkişaf edir. Gəlirli olmasına görə bu sahə, bəlkə də, nanotexnologiya və ya avtomobil istehsalını geridə qoyur. Axın-axın səhnə insanı istehsal edib adını “ulduz”, “star”, “istedad” qoyan bu sənaye sahələrindən biri də Rusiya və MDB insanlarının diqqətini televiziya ətrafına yığıb özünə çoxlu sayda geniş tamaşaçı kütləsi qazana bilmişdi. “Ulduz fabriki” (“Fabrika zvyozd”) adı ilə efirə çıxan və çox məşhur olan bu layihəyə yüzlərlə ifaçı qatılır, oradan da nəhəng Rusiya şou-biznesinə vəsiqə qazanırdı. Belə “bəxtəvər” ulduzlardan biri də Marina Alalıkina idi. O, ilk çıxışından tamaşaçı kütləsinin məhəbbətini qazana bilmiş, hər yerdə qapılar üzünə açılmış, təklif və qonorar seli ona doğru axmağa başlamışdı. Karyerasının ən qızğın mərhələsində və şöhrətinin ilk çağlarında bütün Rusiya şou aləmini “acı xəbər” sarsıtdı: Marina Alalıkina – yeniyetmələrin sevimlisi Maşa – bir müsəlmana ərə gedir və o artıq səhnəni tərk edir. Oxumağa davam et
İSLAMI QƏBUL ETMİŞ BİR AMERİKALININ HƏYAT HEKAYƏSİ
“Əvvəllər mən anamla yaşayırdım. Anamın güclü dini mənşəyi olmayıb. Bir araya gələ bilmədiyimizdən mən bir neçə ay küçədə yaşamalı oldum və oradan qəyyum evinə yerləşdirildim. 3 qəyyum evində olmuşam. Nəhayət, sonuncu evdə 6 il yaşamışam. Bu vaxt ərzində mən tamamilə yalqız idim. Mənə dayaq olacaq nə atam, nə anam, nə də dostlarım var idi. Düşünürəm ki, məhz bu tənhalığıma görə “qapılar” üzümə açıldı və həqiqəti axtarmağa başladım. Pentikostal kilsəsinə getməyə başladım. Hər bazar səbirsizliklə ora getməyi gözləyərdim. Hiss edirdim ki, bu mənim evdə ala bilmədiyim ruhumun təhsili, tərbiyəsidir. Oxumağa davam et
LAURA RODRİQEZ
“İslam dini qadın azadlığına geniş yer verdiyi halda, xristianlıq bu azadlığı məhdudlaşdırır”. Bunu müsəlman qadın hüquqlarını müdafiə edən, “Müsəlman Qadın Hüquqları Birliyi”nin rəhbəri, katolik ailədə böyümüş, ispaniyalı müsəlman Laura Rodriqez belə deyir.
Laura xanım buyurur ki, İslam dini ona xristianlıqda məhrum olduğu hüquqlarını qaytardı. İstər fərdi azadlıq, istərsə də, iqtisadi hüquqları, məhkəmədə öz fikir və maraqlarını təqdim etmək imkanı, təhsil, işləmək hüququ və s. İslamın əksinə olaraq xristianlıqda qadın birbaşa Allahla münacat edə bilməz, evlilik həyatında intim yaxınlıq tələb edə bilməz. Hətta qadının boşanmağa etiraz etmək haqqı da yoxdur.
“Xristian ölkələrində qadınlar niyə müsəlmanlardan daha çox ictimai həyata kütləvi şəkildə cəlb olunublar”, – sualına Laura xanım belə cavab verir: “Bu gün xristian ölkələri xristian dininin qanunları ilə deyil, dünyəvi qanunlarla idarə olunur. Oxumağa davam et